Icma.az
close
up
RU
Elçin Mirzəbəyli: Bu gün Ulu Öndərin ruhu şaddır və əbədiyyətə qədər də şad olacaq

Elçin Mirzəbəyli: Bu gün Ulu Öndərin ruhu şaddır və əbədiyyətə qədər də şad olacaq

Icma.az, Sherg.az saytına istinadən bildirir.

""Bəzən elə əvəzedilməz xarakterlər olur ki, cəmiyyətin onların şəxsi xoşbəxtliyini xalqı xoşbəxt gələcəyə qovuşdurmaq üçün haqqı çatır". Bu yazıya Tomas Ceffersonun Corc Vaşinqtona məktubundan kiçik bir iqtibasla başlamağım təsadüfi deyil. Heydər Əliyevin xalqın çağırışına səs verəndə Azərbaycan, əraziləri yağmalanmış, yüz minlərlə qaçqın və məcburi köçkünün ağır yükü altında əzilmiş, toplum olaraq paramparça edilmiş bir vəziyyətdə, can üstə idi...".

"Sherg.az" xəbər verir ki, bunu millət vəkili, Əməkdar jurnalist Elçin Mirzəbəyli deyib. 

Deputat qeyd edib ki, Heydər Əliyev vaxtilə SSRİ-nin ağır ideoloji basqısı altında, saysız-hesabsız maneələrə sinə gərərək dirçəltdiyi, inkişaf etdirdiyi bir ölkənin xarabalıqları üzərindən xalqı, üfüqdə belə işartısı görünməyən xoşbəxt gələcəyə qovuşdurmaq üçün elinə, obasına, canından artıq sevdiyi Azərbaycanına sahiblənmək, onu bütün bəlalardan hifz etmək, yaralarını sarımaq üçün dəvət olunurdu: 

"Lakin Heydər Əliyev bu dəvəti şəxsi xoşbəxtliyindən imtinaya çağırış kimi qəbul etmirdi. Çünki onun düşüncəsində, baxış bucağında və fəaliyyətində şəxsi xoşbəxtliyi ilə xalqın xoşbəxtliyi anlayışları iç-içə idi, bütöv idi, tam idi... Heydər Əliyev üçün yalnız bir mütləq xoşbəxtlik anlayışı vardı - Azərbaycan xalqının rifahı, Azərbaycanın bütövlüyü və inkişafı... 

Azərbaycanlılar tarixdə böyük və qüdrətli dövlətlərin qurucuları kimi, hər zaman azad, müstəqil və öz bayrağının kölgəsində yaşamaq arzusunda olublar. Hətta ən çətin dövrlərdə, istila və istibdad altında, ayrı-ayrı imperiyaların tərkibində olanda azadlıq və müstəqillik məfkurəsi xalqımızın genetik yaddaşını tərk etməyib. Azərbaycan xalqının on illər, bəlkə də yüz illər irəlini görməyi bacaran düşünən beyinləri isə ən ağır şərtlər altında belə xalqımızın azad, müstəqil və firavan yaşaması üçün fədakarlıq nümayiş etdirmiş, öz ideyaları və əməlləri ilə bu günümüzə körpü salmışlar. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk günlərdən o zaman SSRİ-nin tərkibində müttəfiq respublikalardan biri olan Azərbaycanın həyatında baş verən dəyişikliklərə, iqtisadiyyatdan mədəniyyətə, enerji sektorundan hərbi sahəyə qədər görülən bütün işlərə bu günün azad insanının baxış bucağından nəzər salsaq, hər şeyin xalqımızın azad və müstəqil yaşamasına xidmət etdiyini görə bilərik".

E.Mirzəbəyli bəyan edib ki, SSRİ-nin siyasi-ideoloji sisteminin nə qədər əzici və qəddar olduğunu bilən və həmin dövrün kataklizmlərindən keçən insanlar 1970-ci illərdə Azərbaycan xalqının öz tarixi köklərinə qayıtmasına xidmət edən siyasət yürüdülməsinin nə qədər çətin olduğunu yaxşı anlayırlar: 

"Heydər Əliyevin SSRİ-dəki xalqların çoxmədəniyyətliliyi, bütövlükdə mədəniyyət çətiri altında həyata keçirdiyi milli inkişaf siyasətinin nə qədər dəqiq düşünülmüş bir strategiya olduğunu da yaxşı başa düşürlər. SSRİ-nin süqutuna qısa bir müddət qalmış, öncə Qarabağın Azərbaycandan qopardılmasına qarşı başlayan etirazların, daha sonra isə müstəqillik hərəkatının iştirakçıları məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə - 1970-80-ci illərdə yaranan ədəbiyyat nümunələrinin, filmlərin təsiri altında formalaşmışdılar. Bəziləri bunu dərk etmək istəməsələr də, amma göz önündə olan faktlar Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycan xalqını müstəqil yaşamağa hazırladığı təkzibolunmaz reallıqdır. Bu sıraya Azərbaycan dilinin inkişafı, tariximizin öyrənilməsi, hərb sahəsi başda olmaqla, bütün sahələr üzrə milli kadrların hazırlanması istiqamətində atılan ardıcıl addımları da əlavə etsək, Heydər Əliyevin işıqlı zəkasının illərin arxasından necə boy göstərdiyini görə bilərik.

Sovet dönəmində azərbaycanlıları mümkün qədər hərb sənətindən kənarda saxlamağa çalışırdılar. Ola bilsin ki, o dövrdə mərkəz Azərbaycan türklərinin tarixdə dəfələrlə dövlətlər, imperiyalar qurduğu faktlarına istinad edərək bu addımı atırdı. O illərdə hərbi xidmətə çağırılan azərbaycanlıları inşaat dəstələrinə göndərməyə cəhdlər edilirdi. Məqsəd yenə də bizi hərb sənətindən aralı saxlamaq idi. Amma buna baxmayaraq, Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldikdən sonra hərb sənətinin sirlərinin azərbaycanlılara öyrədilməsi üçün bir neçə addım atıldı. Bunlardan biri Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması oldu. Daha sonra Hərbi Dənizçilik Məktəbi, Quru Qoşunları Ali Məktəbi yaradıldı. Həmin dövrdə azərbaycanlıların bu hərbi məktəblərdə təhsil almaları prioritet hesab edilirdi. Gizli də olsa, bu barədə konkret təlimatlar verilmişdi. Eyni zamanda bu illərdə azərbaycanlılar SSRİ-nin müxtəlif ali hərbi məktəblərinə təhsil almaq üçün göndərilməyə başlanıldı. Həmin şəxslər sonradan Azərbaycan Ordusunun qurulması prosesində iştirak etdilər".

Parlament üzvü vurğulayıb ki, bütün bunlar yaxın tarixdə, bir çoxlarımızın gözünün önündə cərəyan edən proseslərdir: 

"Biz müstəqilliyimizə doğru uzun illər boyu addım-addım irəliləmişik. Əsl müstəqillik, azadlıq iti zəka, qətiyyət, cəsarət, Vətənə təmənnasız sevgi və yüksək liderlik keyfiyyətləri tələb edir. Müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir. Müstəqilliyimizin geridə qalan 34 ili Heydər Əliyevin bu deyiminin nə qədər doğru olduğunu sübuta yetirdi. Biz Ulu Öndərimizin iti zəkası, polad xarakteri, onun layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyevin liderliyi və xalqımızın birliyi nəticəsində müstəqilliyimizi qoruduq, ərazi bütövlüyümüzü bərpa etdik. Öz torpağımızda, öz bayrağımız altında qalib xalqın nümayəndələri kimi ömür sürürük. Müstəqil dövləti olan bir xalq üçün bundan böyük ucalıq yoxdur. Bu gün Ulu Öndərin ruhu şaddır və əbədiyyətə qədər də şad olacaq!"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Dekabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see256

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see243

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see240

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see214

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see208

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see204

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see190

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see186

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see185

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see154

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see143

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see141

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see139

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see135

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see134

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see131

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see130

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see129

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see129

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri