Icma.az
close
up
RU
Bu gün Zəngilan rayonunda genişmiqyaslı tikinti bərpa işləri sürətlə davam etdirilir ŞƏRH

Bu gün Zəngilan rayonunda genişmiqyaslı tikinti bərpa işləri sürətlə davam etdirilir ŞƏRH

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Məlumdur ki, 20 oktyabr Azərbaycan xalqının yaddaşına əbədi Qələbə günü kimi həkk olunub. Bu tarix 2020-ci ildə Vətən müharibəsi zamanı qəhrəman Azərbaycan Ordusunun işğal altında olan Zəngilan şəhərini azad etdiyi gündür. Bu zəfər təkcə bir şəhərin deyil, bütöv bir bölgənin azadlığına aparan yolun mühüm mərhələsi oldu.

Yeri gəlmişkən, Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Nəticədə minlərlə sakin doğma yurdlarından didərgin düşdü, rayonun maddi-mədəni irsi dağıdıldı, təbiəti talan edildi. Lakin xalqımız heç vaxt bu itkini qəbul etmədi və illərlə doğma torpaqlarına qayıdacağı günün həsrətini yaşadı.

Xüsusilə qeyd etmək lazımdır ki, 2020-ci il oktyabrın 20-də Azərbaycan Silahlı Qüvvələri, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəmanlıq və igidlik göstərərək Zəngilan şəhərini və bir sıra kəndləri düşməndən azad etdi. Prezident İlham Əliyev həmin gün xalqa müraciətində böyük qürurla elan etdi: “Bu gün Azərbaycan Ordusu Zəngilan şəhərini azad etmişdir. Zəngilan bizimdir, Qarabağ Azərbaycandır!” Zəngilanın azad olunması Vətən müharibəsində strateji dönüş nöqtələrindən biri idi. Rayonun coğrafi mövqeyi Ermənistanla sərhəddə yerləşdiyindən, onun azadlığı Cəbrayıl, Qubadlı və Laçın istiqamətlərində əməliyyatların uğurla davam etdirilməsinə şərait yaratdı. Bununla da Azərbaycan Ordusu Qarabağın cənub hissəsində tam üstünlüyə nail oldu və Ermənistan ordusunun müdafiə xətti sarsıldı. Bu gün Zəngilan azadlıqdan sonra tamamilə yeni həyat yaşayır. “Böyük Qayıdış” proqramı çərçivəsində rayonun bərpası və yenidən qurulması sürətlə davam edir. Qısa müddətdə Zəngilan şəhərinin Baş planı təsdiqlənmiş, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında müasir infrastruktur qurulmuşdur. Rayon ərazisində Ağalı kəndi “ağıllı kənd” modeli kimi bütün dünyaya nümunə göstərilir. Burada artıq həyat bərpa olunub, sakinlər öz doğma yurdlarına qayıdıblar. Yeni məktəblər, səhiyyə müəssisələri, yollar, enerji və rabitə xətləri salınır, Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verilib. Zəngilan təkcə tarixi və strateji deyil, həm də ekoloji baxımdan mühüm əhəmiyyət daşıyır. Dövlətin məqsədi bu rayonu “yaşıl enerji” zonasına çevirməkdir. Oxçuçay boyunca aparılan bərpa işləri, meşələrin qorunması, bərpa olunan enerji layihələri Zəngilanı gələcəyin ekoloji cənnətinə çevirir.

Bu gün Zəngilan Günü kimi qeyd olunur və hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Bu gün biz şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizin şücaətini xatırlayırıq. Onların qəhrəmanlığı sayəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, xalqımız 30 illik həsrətdən azad oldu. Zəngilanın azad olunması tarixi ədalətin bərpası, dövlətimizin gücünün və xalqımızın birliyinin təntənəsidir.

Ən əsası, bu zəfər Azərbaycan xalqının sarsılmaz iradəsinin, Vətən sevgisinin və müstəqil dövlətçiliyimizin əbədi rəmzidir.

Vüqar İsayev,

YAP Göygöl rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Oktyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri