Bu, Gürcüstan üçün çox pis xəbər olacaq Saakaşvili
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransanın keçmiş prezidenti Nikola Sarkozini həbsdən buraxdılar, məni isə tibb müəssisəsindən bura qaytardılar.
Axar.az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili sosial media hesabında yazıb.
“Rustavi həbsxanasına köçürülməyim mənə dostum Aleksey Navalnını, həbsxanada onunla bağlı baş verənləri xatırlatdı. Navalnını da məhz ikinci dəfə zəhərlədikdən sonra öldürdülər.
Ümumi vəziyyətə gəlincə, diktatorun (Bidzina İvanişvili) indi girovlarla bağlı ticarət mərhələsinə keçdiyi fikri ilə razılaşmıram. Əslində, o, indi etiraz alovunu tamamilə söndürməklə məşğuldur. Buna nail olsa, onda anlayacaq ki, həbs əməliyyatları işləyir və daha çox insanı tutacaq. Əgər girov məsələsində amerikalılarla ticarətə getsə, bu, Gürcüstan üçün çox pis xəbər olacaq, çünki girovların azad olunması müqabilində o, legitimlik qazanacaq və diktaturanı möhkəmləndirmək imkanı əldə edəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 18 Noyabr 2025 19:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















