Icma.az
close
up
RU
Bu hal davam etsə, ağır xəstələri qəbul etməyəcəyik Kardioloq

Bu hal davam etsə, ağır xəstələri qəbul etməyəcəyik Kardioloq

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

“Azərbaycanda həkim yoxdu, həkim yoxdu” sözləri beyinlərə elə yeridilib ki, bir çoxu manqurd kimi bu cümləni təkrarlayır.

Axar.az Medicina-a istinadla xəbər verir ki, bu sözləri kardiloq Günay Rəhimova çalışdığı klinikada xəstə ölümü ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən yazıb.

“Gecə çalışdığım xəstəxanaya ağır vəziyyətdə xəstə gətirilib. Səhərə yaxın vəfat edib. Səhər işə gələndə dəhliz insanlarla dolu idi. Ortada oturub xəstəxananı yas yeri ilə dəyişik salan qadınlar, bunu videoya çəkib jurnalistlərə ötürən kişilər, pərişan halda bunları kənardan izləyən digər xəstələr.

Çox ağır vəziyyətdə gələn (bizdə xəstə ayağı ilə yeriyə - yeriyə gəlirsə ona yüngül vəziyyət deyirlər -red) bir xəstə ağırlığı anlaşıldıqdan sonra reanimasiyaya alınır və səhərə yaxın vəfat edir.

O qədər beyinlərə “Azərbaycanda həkim yoxdu, həkim yoxdu” sözləri yeridilib ki bir çoxu manqurd kimi bu cümləni təkrarlayır. Heç demir ki misalçün keçən ay dayım, əmim, atam, xalamqızı ya əmimoğlu filan yerdə əməliyyat oldu, sağaldı, yaşayır, yaxşıdı, ailəsinin yanındadır.

Heç demir ki Azərbaycanda bir zamanlar xəyal olan, icbari sığorta var, heç demir ki biz tədbirlərdə yığışıb xarici həkimlərə icra etdiyimiz çətin əməliyyatları onlar necə maraqla izləyir. Heç demirlər ki, Azərbaycanda diridən, ölüdən transplantasiya var, neçə neçə insan bununla sağlamlığa qovuşur, yaxın zamamda ürək transplantasiyasına başlayırıq.

Heç demir ki, xəstəxanalarda hər gün onlarla insan məhz o sevmədiyiniz həkimlərin səyi ilə həyata qaytarılır.

O videonu çəkən insan - sənin xəstənin, ağır deyildisə reanimasiyada nə işi var idi.. Sənin xəstən üçün gecə evdən gələn həkim qatildir onu öldürə?

Bu nə xəstə məntiqdi? Bu nə cahil düşüncədir?

Nə zamana qədər bizim əməyimiz heç ediləcək? Nə zamana qədər Allahsız davranıb hər kəsin həyata yapışıb yaşamağını istəyəcəksiniz? Nə zamana qədər ki, belə edəcəksiniz o zamana qədər də və get gedə daha dərinləşən şəkildə ağır xəstələri qəbul etməyəcəyik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://axar.az
archiveBu xəbər 31 May 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri