Icma.az
close
up
RU
Bu gün Ümumdünya Kardioloq Günüdür

Bu gün Ümumdünya Kardioloq Günüdür

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 6 iyul, AZƏRTAC

2000-ci ildən etibarən hər il iyulun 6-sı Ümumdünya Kardioloq Günü kimi qeyd edilir. Kardiologiya ixtisasına yiyələnmiş həkimlər insanlarda yaranan ürək-damar xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olurlar.

AZƏRTAC xəbər verir ki, məhz ürək-damar xəstəlikləri dünyada ölümün ən geniş yayılmış səbəblərindən biridir.

Ürək həyatımız boyu fasiləsiz işləyərək bədənin trilyonlarla hüceyrəsini qanla təmin edir, orta hesabla dəqiqədə 70, sutka ərzində isə təxminən 100 min dəfə döyünür. Alimlərin fikrincə, ürək əzələsinə düzgün qulluq edildiyi təqdirdə o, 150 ilə qədər fəaliyyət göstərə bilər. Lakin praktikada bu müddət stres, irsi xəstəliklər, əlverişsiz ekoloji şərait və digər amillər səbəbindən xeyli azalır.

Mütəxəssislər bildirirlər ki, düzgün profilaktika tədbirləri ürək-damar xəstəliklərindən ölüm hallarını 80 faizə qədər azalda bilər. Bunun üçün sağlam və balanslaşdırılmış qidalanmaq, fiziki cəhətdən aktiv olmaq və mütəmadi tibbi müayinələrdən keçmək kifayətdir.

Ürəyin və qan damarlarının sağlamlığını qorumaq üçün qidalanmada aşağıdakı qaydalara riayət etmək tövsiyə olunur:

- Daha çox lifli qidalar qəbul edin. Lif orqanizmdə həzm olunmasa da, mədə-bağırsaq sisteminin normal fəaliyyətinə kömək edir. O, zərərli yağları özünə çəkərək orqanizmdən xaric edir və bununla da, ürək-damar xəstəlikləri riskini azaldır. Buna görə də meyvə, tərəvəz, tam taxıllı çörək və müxtəlif yarmaları müntəzəm olaraq rasiona daxil etmək tövsiyə olunur;

- Daha çox faydalı yağlardan istifadə edin. Faydalı yağlar qanda “yaxşı” xolesterinin səviyyəsini artırır, “pis” xolesterinin səviyyəsini isə azaldır. Onlar çətənə, kətan və zeytun yağında, qozda, fındıqda və yağlı balıq növlərində olur;

- Şəkər və duzun miqdarını azaldın. Gündəlik duz qəbulu 5 qramdan çox olmamalıdır. Duzun həddindən artıq istifadəsi arterial təzyiqin yüksəlməsinə səbəb olur. Duzdan tamamilə imtina etmək lazım deyil, lakin yeməyin dadını artırmaq üçün ədviyyatlar və ya limon suyundan istifadə etmək daha faydalıdır. Gündəlik şəkər norması meyvələrdə olan təbii şəkər də daxil olmaqla 50 qram hesab edilir. Şəkərin həddindən artıq qəbulu artıq çəkiyə və şəkərli diabet riskinin artmasına səbəb olur. Bu isə kiçik qan damarlarının zədələnməsi nəticəsində infarkt riskini artırır. Şirin qazlı içkilərdən imtina etmək, çay və qəhvəyə əlavə şəkər qatmamaq tövsiyə olunur;

- Karbohidratlar əsasən mürəkkəb olmalıdır. Sağlam qidalanmanın əsas prinsiplərindən biri sadə karbohidratların qəbulunu azaltmaqdır. Sadə karbohidratlar qanda qlükozanın səviyyəsini sürətlə artıraraq qısa müddətli enerji verir, eyni zamanda, piy yığıntılarının artmasına və ürək-damar xəstəlikləri riskinin yüksəlməsinə səbəb olur. Çipslər, konfetlər, şirniyyatlar və müxtəlif xəmir məmulatları sadə karbohidratlarla zəngindir. Mürəkkəb karbohidratlar isə tədricən mənimsənilir, uzun müddət toxluq hissi yaradır və yarmalarda, tam taxıllı çörəkdə, bərk buğda sortlarından hazırlanan makaronlarda, həmçinin şəkəri az olan meyvə və tərəvəzlərdə mövcuddur.

Bununla yanaşı, gündə 6–8 saat keyfiyyətli yuxu və müntəzəm idmanla məşğul olmaq da ürəyin normal fəaliyyətinə müsbət təsir göstərir. İlk olaraq hər gün sadə səhər gimnastikası ilə başlamaq, daha sonra isə fiziki yükü tədricən artırmaq tövsiyə olunur.

Xatırladaq ki, hər il sentyabrın 29-u da Ümumdünya Ürək Günü kimi qeyd olunur.

Müxbir – Göyçək Mahmudlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 İyul 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri