Bu halda alimentin məbləği artırılır QAYDA
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda alimentin məbləğinin dəyişdirilməsi müəyyən hüquqi prosedurlara uyğun həyata keçirilir.
Milli.Az-ın məlumatına görə, bu, Ailə Məcəlləsinin 112.1-ci maddəsində əksini tapıb.
Qanunvericiliyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
Belə ki, əgər aliment öhdəliyi olan şəxsin qazancında (gəlirində) artım olmuşsa, o zaman siz alimentin artırılması üçün ilk öncə mediasiya prosesindən keçməlisiniz. Əgər mediasiyada alimentlə bağlı razılığa gələ bilməsəniz, alimentin artırılması tələbi üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz. Bunun üçün mediasiya xərci 60 AZN təşkil edir. Məhkəməyə isə dövlət rüsumu ödəməkdən azadsınız.
Mina Mikayılova
Milli.Az
Baxış sayı:119
Bu xəbər 15 Fevral 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















