Bu halda Azərbaycana müharibə elan etmiş olacağıq Paşinyan
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Kərki kəndinin ölkənin suveren ərazisi olması barədə fikirlərlə bağlı sərt mövqe sərgiləyib.
Avtosfer.az xəbər verir ki, o bu barədə jurnalistlərlə söhbətində danışıb.
Paşinyan bildirib ki, Kərki kəndinin Ermənistan olduğunu iddia etmək ölkənin rəsmi ərazi göstəricisinin dəyişdirilməsi anlamına gəlir:
“Ermənistanın ərazisinin 29 743 kvadratkilometr deyil, məsələn, 29 750 kvadratkilometr olduğunu bəyan etmək faktiki olaraq müharibə elan edilməsi kimi qiymətləndirilə bilər”.
Baş nazir cəmiyyətdə müxtəlif siyasi seçimlərin mümkün olduğunu və vətəndaşların istənilən vaxt “müharibə partiyasının” arxasınca gedə biləcəyini deyib.
Paşinyan 2019–2020-ci illərdə baş verən hadisələrin yenidən təkrarlanmasına imkan verməyəcəyini vurğulayıb.
O qeyd edib ki, gələcəkdə “niyə əvvəlcədən xəbərdar etmədin” sualının yaranmaması üçün mövqeyini indidən açıq şəkildə ifadə edir./globalinfo
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 11 Sentyabr 2026 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















