Bu halda əmlaklarını dövlət nəfinə verəcəklər
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Vəzifəli şəxs tərəfindən maraqlar toqquşması nəticəsində əldə edilmiş əmlak, imtiyaz, güzəşt və ya onların dəyəri könüllü olaraq dövlət nəfinə ödəniləcək.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni – “Maraqlar toqquşması haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, vəzifəli şəxs əldə edilmiş əmlakı könüllü olaraq qaytarmaqdan və ya onun, habelə əldə edilmiş imtiyaz və ya güzəştin dəyərini könüllü olaraq ödəməkdən imtina etdikdə, maraqlar toqquşması nəticəsində əldə edilmiş əmlak, imtiyaz, güzəşt və ya onların dəyəri qurumun iddiası əsasında məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınacaq.
Nuranə Daxilqızı
Baxış sayı:91
Bu xəbər 29 Oktyabr 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















