Icma.az
close
up
RU
Özəl şirkət dövlət şirkətlərini geridə qoyub

Özəl şirkət dövlət şirkətlərini geridə qoyub

Marja.az saytına istinadən Icma.az xəbər verir.

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ən böyük ixracatçıları arasında ciddi dəyişikliklər baş verib. Qeyri-dövlət sektorunda fəaliyyət göstərən “Azərbaycan İnterneşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi 282 milyon 400 min ABŞ dolları ixrac göstəricisi ilə həm özəl, həm də dövlət sektorunun reytinqlərində yer alan bütün müəssisələri geridə qoyub.

Marja.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın 2026-cı ilin oktyabr buraxılışında bildirilir.

Məlumata görə, şirkətin ixracı 2025-ci ilin yanvar-sentyabr aylarındakı 84 milyon 900 min ABŞ dolları ilə müqayisədə 197 milyon 500 min dollar və ya 232,6 faiz artıb. Beləliklə, şirkətin ixrac göstəricisi bir il ərzində 3,3 dəfə yüksəlib.

Dövlət sektorunda lider dəyişməyib

Dövlətə məxsus ixracatçı subyektlərin reytinqinə əvvəlki kimi ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. İdarənin 2026-cı ilin ilk doqquz ayında qeyri-neft sektoru üzrə ixrac göstəricisi 251 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövründə qeydə alınmış 302 milyon 800 min ABŞ dolları ilə müqayisədə 51 milyon 800 min dollar və ya 17,1 faiz azdır.

İkinci yerdə qərarlaşan “AzerGold” QSC-nin ixracı isə 165 milyon 600 min dollardan 217 milyon 100 min dollara yüksəlib. Beləliklə, şirkətin ixracı 51 milyon 500 min dollar və ya 31,1 faiz artıb.

Üçüncü yerdəki “SOCAR Polymer” MMC-nin ixracı 207 milyon dollardan 197 milyon dollara enib. Bu, 10 milyon dollar və ya 4,8 faiz azalma deməkdir.

“Azəralüminium” ixracını təxminən 60 faiz artırıb

Dövlət sektoru üzrə ən böyük ixrac artımlarından biri “Azəralüminium” MMC-də qeydə alınıb. Şirkətin ixracı 2025-ci ilin yanvar-sentyabr aylarındakı 92 milyon 200 min dollardan 2026-cı ilin eyni dövründə 147 milyon 300 min dollara çatıb. Bu, 55 milyon 100 min dollar və ya 59,8 faiz artım deməkdir.

“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin ixracı isə 30 milyon 300 min dollardan 48 milyon 900 min dollara yüksəlib. Şirkətin ixrac göstəricisi 18 milyon 600 min dollar və ya 61,4 faiz artıb.

ARDNŞ-nin Qaz İxrac İdarəsində kəskin azalma

Dövlət sektorunda ən diqqətçəkən azalmalardan biri ARDNŞ-nin Qaz İxrac İdarəsində qeydə alınıb. İdarənin reytinqdə əks olunan qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin yanvar-sentyabr aylarındakı 47 milyon 100 min dollardan 2026-cı ilin eyni dövründə 7 milyon 700 min dollara düşüb. Beləliklə, ixrac göstəricisi 39 milyon 400 min dollar və ya 83,7 faiz azalıb.

“Azərbaycan Hava Yolları” QSC-nin ixrac göstəricisi də 10 milyon 800 min dollardan 8 milyon 200 min dollara enib.

Özəl sektorda ixrac artımı sürətlənib

Qeyri-dövlət sektorunun ikinci ən böyük ixracatçısı “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC olub. Şirkətin ixracı 2025-ci ilin yanvar-sentyabr aylarındakı 46 milyon 600 min dollardan 2026-cı ilin eyni dövründə 112 milyon 100 min dollara yüksəlib. Bu, 65 milyon 500 min dollar və ya 140,6 faiz artım deməkdir.

Üçüncü yerdə qərarlaşan “Prime Cotton” MMC-nin ixracı 90 milyon 800 min dollardan 105 milyon 300 min dollara çatıb. Artım 14 milyon 500 min dollar və ya 16 faiz təşkil edib.

“Baku Steel Company” QSC-nin ixracı 44 milyon 900 min dollardan 56 milyon 900 min dollara, “Tabaterra” MMC-nin ixracı isə 28 milyon 300 min dollardan 46 milyon 300 min dollara yüksəlib.

“Prime Export” və “West Stream” reytinqdə diqqət çəkib

Qeyri-dövlət ixracatçıları reytinqində “Prime Export” MMC 43 milyon 900 min dollar, “West Stream” MMC isə 32 milyon 300 min dollar ixrac göstəricisi ilə müvafiq olaraq altıncı və yeddinci yerləri tutub. Hər iki şirkət üzrə 2025-ci ilin müvafiq dövrünün göstəricisi təqdim olunan reytinqdə sıfır olaraq göstərilib.

“Silk Way Aviaşirkəti” MMC-nin ixrac göstəricisi isə 2025-ci ilin yanvar-sentyabr aylarındakı 30 min dollardan 2026-cı ilin eyni dövründə 29 milyon dollara yüksəlib. “P-Aqro” MMC-nin ixracı isə 27 milyon 800 min dollardan 27 milyon 300 min dollara enib.

İlk onluqlarda fərqli dinamika

Marja.az-ın təqdim olunan reytinq məlumatları əsasında apardığı hesablamaya görə, qeyri-dövlət sektoru üzrə ilk 10 ixracatçının məcmu ixrac göstəricisi 2026-cı ilin yanvar-sentyabr aylarında 766 milyon 800 min ABŞ dolları təşkil edib. Bu şirkətlərin 2025-ci ilin eyni dövrü üzrə cəmi göstəricisi 335 milyon 30 min dollar olub. Beləliklə, eyni 10 şirkət üzrə ixrac 431 milyon 770 min dollar və ya təxminən 128,9 faiz artıb.

Dövlət sektoru üzrə reytinqdəki 10 subyektin məcmu ixrac göstəricisi isə 2025-ci ilin yanvar-sentyabr aylarındakı 861 milyon 900 min dollardan 2026-cı ilin eyni dövründə 887 milyon 900 min dollara yüksəlib. Artım 26 milyon dollar və ya 3 faiz təşkil edib.

Qeyd edək ki, bu hesablamalar təqdim olunan reytinqlərdəki müəssisələri əhatə edir və qeyri-neft sektoru üzrə bütün ixracatçıların ümumi ixrac göstəricisi kimi qiymətləndirilməməlidir.

İş elanları AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://marja.az
archiveBu xəbər 29 Oktyabr 2026 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri