Icma.az
close
up
RU
Bu halda nəqliyyat sisteminin üzərinə düşən yük azala bilər Ekspertdən açıqlama

Bu halda nəqliyyat sisteminin üzərinə düşən yük azala bilər Ekspertdən açıqlama

Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Şəhər nəqliyyatının səmərəliliyinin artırılması üçün piyadaların hərəkət istiqamətlərinin dəqiq planlaşdırılması və axınların idarə olunması vacibdir. Piyadalar müəyyən bir istiqamətdə hərəkət etdikləri zaman onların bir yerdən digərinə keçidi zamanı çoxsaylı nəqliyyat vasitələrindən istifadə etməsi aradan qaldırılmalıdır”.

Bu fikirləri Banco.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib. Ekspert düşünür ki, bu, həm vaxt itkisinin, həm də xərclərin azalmasına kömək edəcək:

“Hər kəs vahid zaman çərçivəsində, ən qısa müddətdə istədiyi əraziyə səfər edib geri dönə bilməlidir. Bu məqsədə nail olmaq çətin və mürəkkəb bir prosesdir. Bu prosesdə bir-birini təkrarlayan və ya bir-birindən asılı vəziyyətdə olan sistemlərin mövcudluğu vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Bunun əvəzinə, nəqliyyat sisteminin bir-birinə təkan verən və qarşılıqlı əlaqəni intensivləşdirən şəkildə qurulması zəruridir. Bu, nəqliyyatın hərəkət istiqamətlərini optimallaşdırmaq və istifadəçilərin təcrübəsini yaxşılaşdırmaq üçün vacibdir”.

Ən sərfəli kredit üçün müraciət et

Aslan Əsədov hesab edir ki, nəqliyyatda sıxlıq problemi aradan qalxarsa, şəhər nəqliyyatının sağlamlaşdırılmasına nail olmaq mümkün olmaq olacaq:

“Məsələn, əgər bir sərnişin marşrut avtobusuna minib metroya çatırsa, o, metroda uzun müddət gözləməli olmamalıdır. Eyni zamanda, metrodan çıxan sərnişinlər dərhal marşrut avtobuslarını tapa bilməli, saatlarla gözləməməlidirlər. Ən yaxşı halda, sərnişin metrodan çıxdıqda onu gözləyən marşrut avtobusunu görməlidir. Bundan əlavə, taksilərdə qiymətlər sabit olmalı və sərnişinlər qiymət fərqləri ilə üzləşməməlidirlər. Mütəşəkkil, inteqrasiya olunmuş və istifadəçi mərkəzli nəqliyyat sistemi şəhər həyatının rahatlığı və hərəkətliliyi üçün zəruridir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://banco.az
archiveBu xəbər 09 Yanvar 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see404

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see137

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri