Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Ekspertdən sərt açıqlama: “Təhsil sisteminin ən böyük düşməni...”

Ekspertdən sərt açıqlama: “Təhsil sisteminin ən böyük düşməni...”

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məktəblərdə siniflərin dərsə eyni vaxtda başlaması hər gün həm məktəb daxilində sıxlığın artmasına, həm də şəhər yollarında tıxacların yaranmasına səbəb olur.

Bu problemlərin qarşısını almaq üçün dərs saatlarının tənzimlənməsi kimi həll yolları təklif olunur. Lakin bu məsələdə təkliflər hələ də reallaşdırılmayıb.

Bəs niyə məktəblərdə siniflər üçün dərs saatları fərqli vaxtlarda başlamır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, dərslərin eyni vaxtda başlaması şəhərdə sıxlıq və təhlükəsizlik problemi yaradır:

“Məktəblərdə dərs saatlarının bütün siniflər üzrə eyni vaxtda başlaması illərdir ölkənin ən ciddi sosial və infrastruktur problemlərindən birinə çevrilib.

Hər səhər paytaxtda yüz minlərlə şagird və valideyn eyni vaxtda yola çıxır, nəticədə həm məktəb binalarında, həm də şəhərin əsas küçələrində sıxlıq yaranır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yalnız Bakıda 300 mindən çox şagird səhər saat 8:00–8:30 aralığında məktəbə gəlir. Bu, bir tərəfdən məktəblərin giriş-çıxışında təhlükəsizlik risklərini artırır, digər tərəfdən isə ictimai nəqliyyatda və avtomobil yollarında pik yüklənməyə səbəb olur.

Halbuki dərslərin mərhələli şəkildə başlaması həm məktəb daxilində sıxlığı azalda, həm də şəhərin nəqliyyat sisteminə müsbət təsir göstərə bilərdi. Normativ-hüquqi baza bu məsələnin həllinə imkan verir.

“Təhsil haqqında” Qanunun 13-cü maddəsində açıq şəkildə göstərilir ki, tədris prosesinin təşkili forması və rejimi təhsil müəssisəsinin səlahiyyətləri çərçivəsində müəyyən edilə bilər. Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə də məktəb rəhbərlərinə dərs cədvəllərinin çevik planlaşdırılması hüququ verilir”. 

Onun sözlərinə görə, qanun imkan versə də, mərhələli dərs modelinin tətbiqi idarəetmə iradəsinin yoxluğu səbəbindən gerçəkləşmir:

“Yəni qanun məktəblərə dərs saatlarını müxtəlif siniflər üzrə tənzimləmək imkanı yaradır. Amma bu hüquq praktikada istifadə olunmur.

Çünki Elm və Təhsil Nazirliyi sistemli addım atmır, nə maarifləndirmə aparır, nə də pilot məktəblərdə belə bir modeli sınaqdan keçirir. Nəticədə qanunun verdiyi imkanlar kağız üzərində qalır.

Müsbət tərəf odur ki, əgər siniflər fərqli vaxtlarda dərsə başlasa, məktəblərdə eyni anda yaranan sıxlıq azalacaq, valideynlərin uşaqları məktəbə gətirməsi daha rahat olacaq, nəqliyyat yükü isə şəhərə paylanacaq.

Bu, təhsil keyfiyyətinə də müsbət təsir göstərə bilər, çünki şagirdlər sıxlıqdan və gərginlikdən azad olunaraq dərsə daha sakit şəraitdə başlayacaqlar. Dünyada bu model çoxdan tətbiq olunur.

Məsələn, Sinqapur, Yaponiya, Cənubi Koreya və Türkiyədə bəzi məktəblər mərhələli dərsə başlama modeli ilə fəaliyyət göstərir və nəticədə səhər pik saatlarında nəqliyyat sıxlığı əhəmiyyətli dərəcədə azalır.

Mənfi tərəf isə yalnız idarəetmə iradəsinin olmamasıdır. Bu dəyişiklik əlavə maliyyə və ya resurs tələb etmir, sadəcə cədvəl və təşkilati işlərdə yenilik tələb edir. Amma Elm və Təhsil Nazirliyi bu məsələyə diqqət yetirmir. 

Nazirliyin fəaliyyəti qrant layihələrinə, formal hesabatlara və vitrin tədbirlərinə yönəlir, cəmiyyətin gündəlik həyatına təsir edən real problemlərin həlli isə kənarda qalır. Bu səbəbdən valideynlər hər gün eyni problemlə üzləşir, amma dövlət qurumu bu barədə heç bir plan və proqnoz açıqlamır”.

Ekspert qeyd edib ki, təhsildə real problemlər diqqətdən kənarda qalır, nəticədə sistem dərin böhran yaşayır:

“Müqayisə aydın şəkildə göstərir ki, dünyanın inkişaf etmiş ölkələrində məktəbin tədris rejimi şəhərin infrastruktur planlaşdırması ilə uzlaşdırılır.

Bizdə isə nəqliyyat, məktəb və valideyn axını bir nöqtədə toqquşur. Əslində bu məsələni həll etmək üçün pilot məktəblərdə mərhələli dərs başlama sistemi tətbiq edilə bilərdi.

Əgər nəticələr uğurlu olsaydı, bütün ölkəyə yaymaq mümkün idi. Amma Elm və Təhsil Nazirliyi illərdir bu barədə danışmaqdan başqa heç bir addım atmır. Dərs saatlarının tənzimlənməsi dərhal gündəmə gətirilməli, paytaxt məktəblərində mərhələli dərs rejimi tətbiq olunmalı, nəticələr isə ictimaiyyətə açıqlanmalıdır. Əks halda, sıxlıq və tıxac problemi ildən-ilə daha da böyüyəcək, valideynlərin və şagirdlərin gündəlik həyatı daha da çətinləşəcək. 

Elm və Təhsil Nazirliyinin fəaliyyətsizliyi, planlarının və proqnozlarının olmaması bu sahəni tamamilə böhran vəziyyətinə gətirib çıxarır.
Nazirlik qrantları göyə sovurur, nəticəsiz layihələr həyata keçirir, amma cəmiyyətin real problemlərini həll etmir. Bu yanaşma ölkədə təhsilin nüfuzunu məhv edir və insanların təhsilə marağını azaldır. Təhsil sisteminin ən böyük düşməni məhz bu məsuliyyətsiz idarəetmədir”.

Gülər
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Avqust 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri