Icma.az
close
up
RU
700 balın üzərinə məktəb performans balı da əlavə olunsun Ekspertdən TƏKLİF

700 balın üzərinə məktəb performans balı da əlavə olunsun Ekspertdən TƏKLİF

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Universitetlərə qəbul prosesində dəyişiklik edilməsini təklif edirəm.
Ümumi 700 yekun balın üzərinə məktəb performans balı əlavə olunsun.

Məktəb performans balı nədir? 

Məktəb performans balı şagirdin orta ümumtəhsil məktəblərində tədris ili boyunca təlim-tərbiyəsini əks etdirəcək və yekunda Pedoqoji Şura tərəfindən verilən 100 ballıq şkala üzrəindən performans qiymətləndirməsidir.

Pedoqoji Şura buraxılış sinfinin yekununda hər şagirdə performans balı müəyyən edəcək. Bu şagirdin təhsil aldığı müddətdə ümumi qiymətləndirilməsini ortaya çıxaracaq və imtahandakı qəbul balina əlavə olunacaq. Qiymətləndirməyə attestat qiymətləri, şagirdin nailiyyətləri və Pedoqoji Şuranın rəyi nəzərə alınaraq ümumiləşdirilmiş şəkildə veriləcək.

Müsbət tərəfləri: 
Məktəblərdə şagirdlərin nizam-intizamı artacaq. Məktəbin və müəllimin nüfuzu yüksələcək.
Şagird məktəbə və müəllimlərinə etimad göstərəcək. 
Şagirdin nizam-intizamı məktəb performans balina əlavə olunacağı üçün məktəbə və müəllimlərinə hörmətlə yanaşacaq.

Mənfi tərəfləri: 
Obyektivlik qeyri-bərabər bölünə bilər.
Ciddi nəzarət olmağı təqdirdə ayrı-seçkilik formalaşa bilər.
Beynəlxalq təcrübədə:

Beynəlxalq təcrübədə məktəb performans nəticəsi:
Hal-hazırda bir çox inkişaf etmiş ölkələrdə məktəb performans nəticəsi şagirdlərin universitetə qəbulunda mühim rol oynayır. Hətta bəzi universitetlər tələbə qəbulunda müəllim rəyini, referans məktubunu üstün hesab edir.

Amerika, Almaniya, Finlandiya, İtalya, Kanada kimi ölkələrdə məktəb performansı yüksək qiymətləndirilir. 

Azərbaycan təhsilində universitetə qəbul prosesində məktəb performansı demək olar ki, yox dərəcəsindədir.

Ramin Nurəliyev, 

təhsil eksperti

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Fevral 2026 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see623

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see511

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see375

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see257

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see255

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see253

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see252

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see244

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see236

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see230

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see227

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see227

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see226

Filippotun iddiaları əsassızdır Politoloq

08 Sentyabr 2026 10:34see222

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see211

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see199

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see194

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see192

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see187

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri