Icma.az
close
up
RU
Bu hallarda aviaşirkət baqaja görə məsuliyyət daşımayacaq

Bu hallarda aviaşirkət baqaja görə məsuliyyət daşımayacaq

Icma.az, Manset portalına istinadən məlumat verir.

Hava daşımalarında baqaja və yükə vurulan zərərə görə məsuliyyət həddi müəyyənləşib.

Manset.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Kommersiya hava daşımalarının, sərnişin, baqaj, yük və poçt göndərişlərinin hava daşımalarının həyata keçirilməsi Qaydaları”nda əksini tapıb.

Hava daşımaları ilə əlaqədar sərnişinlərə, baqaja və yükə vurulan zərərə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydası, Azərbaycanın daxili daşımalarında Azərbaycana mənsub olan daşıyıcılar tərəfindən daşımaya qəbul edilən, dəyəri bəyan olunmadan qeydiyyata alınmış baqaja və ya yükə görə daşıyıcının məsuliyyət həddi müəyyənləşib.

Qərara əsasən, hava gəmisinin sərnişininin həyat və ya sağlamlığına, habelə əmlakına vurulmuş zərərə görə daşıyıcının məsuliyyəti və məsuliyyətinin həddi Mülki Məcəlləsinə və Cinayət Məcəlləsinə, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilir. Daşıyıcı hava gəmisinin bortunda minmə və ya düşürülmə əməliyyatları zamanı sərnişinin həyat və sağlamlığına vurulan zərərə görə qanunvericilik çərçivəsində məsuliyyət daşıyır.

Sərnişinin ölümü və ya sağlamlıq vəziyyətinin pisləşməsi onun hər hansı xəstəliyindən irəli gəldikdə daşıyıcı buna görə heç bir məsuliyyət daşımır.

Daşıyıcı zərərin qarşısını almaq üçün bütün zəruri tədbirləri gördüyünü və ya belə tədbirlərin görülməsinin qeyri-mümkün olduğunu sübut edə bilməzsə, baqajın və ya yükün hava daşımalarına qəbul edildikdən sonra sərnişinə, yükalana və ya onların baqajı və ya yükü qəbul etmək səlahiyyəti verdiyi şəxslərə təhvil verilməzdən əvvəl itirilməsinə, əskik gəlməsinə və ya zədələnməsinə görə məsuliyyət daşıyır. İtirilmə, əskik gəlmə və ya zədələnməyə səbəb olmuş hadisə hava gəmisinin bortunda və ya qeydiyyata alınmış baqajın daşıyıcının mühafizəsi altında olduğu müddətdə baş verdikdə, daşıyıcı qeydiyyata alınmış baqajın məhv edilməsi, itirilməsi və ya zədələnməsinə görə məsuliyyət daşıyır. Lakin zərər baqajın keyfiyyət və ya qüsurundan irəli gələn nəticədirsə, daşıyıcı məsuliyyət daşımır. Qeydiyyata alınmamış baqaja, o cümlədən şəxsi əşyalara münasibətdə, daşıyıcı o halda məsuliyyət daşıyır ki, zərər onun və ya onun əməkdaşlarının, yaxud nümayəndələrinin səhvi ucbatından vurulmuş olsun. Daşıyıcı qeydiyyata alınmış baqajın itirildiyini təsdiq edərsə və ya qeydiyyata alınmış baqaj çatmalı olduğu tarixdən etibarən 21 (iyirmi bir) gündən sonra çatmayıbsa, sərnişinin daşıyıcıya münasibətdə daşıma müqaviləsindən irəli gələn hüquqlarını həyata keçirməsinə icazə verilir.

Baqajın və yükün itməsinə, əskik gəlməsinə və ya zədələnməsinə görə daşıyıcı onların həqiqi dəyəri miqdarında, lakin bu Qaydalarda qeyd edilən normativ hüquqi aktlar və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə müəyyən edilmiş həddən artıq olmamaqla məsuliyyət daşıyır.

Baqajın və yükün itirilməsinə, əskik gəlməsinə və ya zədələnməsinə görə daşıyıcı aşağıdakı qaydada kompensasiya ödəyir:

- hava daşımalarına qəbul edilən dəyəri bəyan edilmiş baqajın, yükün itirilməsinə, əskik gəlməsinə və ya zədələnməsinə görə – onların bəyan edilmiş dəyəri məbləğində;

- hava daşımalarına qəbul edilən dəyəri bəyan edilməmiş baqajın, yükün itirilməsi, əskik gəlməsi və ya zədələnməsinə görə - 1999-cu il mayın 28-də Monreal şəhərində imzalanmış “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün” Konvensiya ilə müəyyən edilmiş xüsusi borcalma hüququnun məbləği ilə məhdudlaşır. Xüsusi borcalma hüququnun məbləği itirilmənin, əskik gəlmənin və zədələnmənin aşkar edildiyi gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən rəsmi məzənnəyə uyğun olaraq manat ekvivalentində hesablanır.

Daşıyıcı sərnişinlərin, baqajın və ya yükün hava ilə daşınması zamanı gecikmə (ləngimə) nəticəsində baş vermiş bütün zərərə görə məsuliyyət daşıyır. Lakin daşıyıcı özünün və ya əməkdaşlarının, yaxud agentlərinin zərərdən qurtarmaq üçün bütün mümkün, məntiqə uyğun zəruri tədbirləri gördüklərini, yaxud onun və ya onların belə tədbirləri görmək imkanının olmadığını sübut edərsə, ləngimə nəticəsində dəymiş zərərə görə məsuliyyət daşımır.

Daşıyıcı gecikmənin qarşısıalınmaz qüvvə (fors-major), hava gəmisində sərnişinlərin həyatı və ya sağlamlığı üçün təhlükə yaradan nasazlığın aradan qaldırılması və ya daşıyıcının iradəsindən asılı olmayan digər hallar nəticəsində baş verdiyini sübut edərsə, gecikmə nəticəsində dəymiş zərərə görə məsuliyyət daşımır. Daşıyıcı yükə dəymiş zərərin həmin zərərə görə kompensasiya tələb edən şəxsin və ya onun səlahiyyətli nümayəndəsinin diqqətsizliyi, yanlış hərəkəti və ya hərəkətsizliyi nəticəsində vurulduğunu sübut edərsə, bu halda daşıyıcı dəymiş zərər həcmində kompensasiya tələb edən şəxs qarşısında məsuliyyətdən tam və yaxud qismən azad olunur.

Daşıyıcı onun təqsiri olmadan, yaxud onun nəzarəti altında olmayan səbəbdən (o cümlədən təbii fəlakət, meteoroloji şərait, qanunsuz müdaxilə aktı, dövlət orqanlarının qərarları, daşıyıcının təsir göstərə bilmədiyi digər fors-major vəziyyətlər) baş vermiş zərərə görə məsuliyyət daşımır və kompensasiya ödəmir.

Daşıyıcı baqajın itməsi, əskik gəlməsi və ya zədələnməsinin onun qarşısını ala bilmədiyi və ya aradan qaldırılması ondan asılı olmayan aşağıda sadalanan hallardan birinin və ya bir neçəsinin nəticəsində baş verdiyini sübut edərsə məsuliyyət daşımır:

- baqajı təhvil verən və ya alan şəxsin təqsiri;

- daşınan əşyaların təbii xüsusiyyətləri;

- baqaj qəbul edilərkən aparılan vizual (zahiri) yoxlama zamanı bağlamanın nəzərə çarpmayan (cızıqlar, xırda batıqlar və zədələr, həmçinin baqajın
funksionallığına təsir etməyən digər xırda zədələr) nöqsanları;

- baqajda olan, daşıma və saxlama zamanı xüsusi şərait və ya ehtiyat tədbirləri tələb edən əşyaların və ya maddələrin əsas xüsusiyyətləri;

- kövrək və tezsınan əşyaların, həmçinin pul, zinət əşyalarının, qiymətli metalların, qiymətli kağızların, dərman vasitələrinın, xidməti sənədlərin və qeydiyyata alınmış baqaj qismində qəbul olunmayan digər əşyaların zədələnməsinə görə.

Daşıyıcı yükün itməsi, əskik gəlməsi və ya zədələnməsinin onun qarşısını ala bilmədiyi və ya aradan qaldırılması ondan asılı olmayan aşağıda sadalanan hallardan biri və ya bir neçəsinin nəticəsində baş verdiyini sübut edərsə məsuliyyət daşımır:

- yükə xas olan nöqsan, keyfiyyət və ya qüsur;

- yükün daşıyıcıdan, onun əməkdaşlarından və ya nümayəndələrindən fərqli şəxs tərəfindən qeyri-düzgün qablaşdırılması;

- müharibə aktı və ya silahlı münaqişə;

- yükün göndərilməsi, çatdırılması və ya tranziti ilə bağlı dövlət hakimiyyəti orqanının aktları.

Daşıyıcı yükün itirilməsi, əskik gəlməsi və ya zədələnməsi halında baş vermiş zərərə görə zərərə səbəb olmuş hadisə yükün təhvil alındığı andan təhvil verildiyi anadək keçən zaman müddətində baş verdikdə məsuliyyət daşıyır.

Yükgöndərən daşıyıcıya, gömrük, sərhəd və digər xidmətlərə təqdim edilən məlumatların (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və daşımaların həyata keçirilməsini tənzimləyən digər normativ hüquqi aktlarla müəyyən olunan tələblər) düzgünlüyünə və tamlığına, eləcə də verdiyi yanlış və ya natamam məlumatlara görə daşıyıcıya və ya onun məsuliyyət daşıdığı şəxsinə dəymiş zərərə görə məsuliyyət daşıyır.

Daşıyıcı Mülki Məcəlləsi və (və ya) beynəlxalq müqavilələri ilə müəyyən edilmiş hədlərlə müqayisədə özünün məsuliyyət hədlərini artırmaq məqsədilə sərnişinlər, yükgöndərənlər və ya yükalanlarlamüqavilələr bağlamaq hüququna malikdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 25 Fevral 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see237

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see226

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see160

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see157

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see146

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see137

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see129

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see124

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see124

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see120

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see120

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri