Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Ekspeditor müştəri qarşısında bu hallarda məsuliyyət daşıyacaq

Ekspeditor müştəri qarşısında bu hallarda məsuliyyət daşıyacaq

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Yükün itirilməsinə (məhv olmasına), əskik çıxmasına və ya zədələnməsinə (xarab olmasına) görə ekspeditorun müştəri qarşısında məsuliyyətinin əsasları və dərəcəsi müəyyən edilir.

"Unikal" xəbər verir ki, Milli Məclisin bugünkü iclasında yeni “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsi müzakirə edilib.

Qanun layihəsinə əsasən, ekspeditor özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən yükü qəbul etdikdən sonra nəqliyyat-ekspedisiya müqaviləsində göstərilən yükalana və ya onun səlahiyyətli nümayəndəsinə çatdıranadək həmin yükün itirilməsinə (məhv olmasına), əskik çıxmasına və ya zədələnməsinə (xarab olmasına) görə müştəri qarşısında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 859-cu maddəsinə uyğun olaraq  məsuliyyət daşıyır, bu şərtlə ki, yükün itirilməsinin (məhv olmasının), əskik çıxmasının və ya zədələnməsinin (xarab olmasının) ondan asılı olmayan hallar nəticəsində, eləcə də qarşısıalınmaz qüvvə səbəbindən baş verdiyini sübut etməsin.

Ekspeditor müştəri qarşısında aşağıdakı hədlərdə məsuliyyət daşıyır:

23.1.1. müştəri tərəfindən elan edilmiş dəyər əsasında ekspeditor tərəfindən daşınmaq üçün qəbul edilmiş yükün itirilməsinə, məhv olmasına və əskik çıxmasına görə – yükün və ya əskik çıxan hissəsinin elan edilmiş dəyəri nisbətində;

23.1.2. elan edilməmiş dəyər əsasında ekspeditor tərəfindən daşınmaq üçün qəbul edilmiş yükün itirilməsinə, məhv olmasına və əskik çıxmasına görə – yükün və ya əskik çıxan hissəsinin faktiki dəyəri nisbətində; 

23.1.3. müştəri tərəfindən elan edilmiş dəyər əsasında ekspeditor tərəfindən daşınmaq üçün qəbul edilmiş yükün zədələnməsinə (xarab olmasına) görə – yükün elan edilmiş dəyərinin azaldığı məbləğdə və ya zədələnmiş (xarab olmuş) yükü bərpa etmək mümkün olmadıqda elan edilmiş dəyəri nisbətində; 

23.1.4. elan edilməmiş dəyər əsasında ekspeditor tərəfindən daşınmaq üçün qəbul edilmiş yükün zədələnməsinə (xarab olmasına) görə – yükün faktiki dəyərinin azaldığı məbləğdə və ya zədələnmiş (xarab olmuş) yükü bərpa etmək mümkün olmadıqda faktiki dəyəri nisbətində.

23.2. Yükün elan edilmiş dəyəri nəqliyyat-ekspedisiya müqaviləsində və ya ekspeditorun qeydində göstərilən qiymətə əsasən müəyyən edilir. Yükün faktiki dəyəri isə onun bazar qiymətinə, bu mümkün olmadıqda isə analoji malların mövcud bazar qiymətinə əsasən müəyyən edilir. 

23.3. Ekspeditor yükün itirilməsi (məhv olması), əskik çıxması və ya zədələnməsi (xarab olması) nəticəsində müştəriyə dəymiş zərərin və müştərinin əldən çıxmış gəlirlərinin əvəzini ödəməklə yanaşı, müştəri tərəfindən nəqliyyat-ekspedisiya müqaviləsinə əsasən ödənilən muzdu müştəriyə geri qaytarır. 

23.4. Daşıyıcı tərəfindən yük daşımağa qəbul edildikdən sonra 3 (üç) ay ərzində çatdırılmadıqda və ya nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edilmiş çatdırılma müddətinin bitdiyi tarixdən 30 (otuz) gün sonra yükalana təhvil verilmədikdə əksi sübut edilənədək yük itirilmiş hesab olunur. Təyinat yerinə çatdırılan, lakin muzdun ödənilməməsi səbəbindən nəqliyyat-ekspedisiya müqaviləsində göstərilən yükalana və ya onun səlahiyyətli nümayəndəsinə təhvil verilməyən yük itirilmiş hesab olunmur, bu şərtlə ki, ekspeditor nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi barədə müştəriyə dərhal yazılı və ya elektron formada məlumat versin. 

23.5. Nəqliyyat-ekspedisiya müqaviləsində başqa hal nəzərdə tutulmadıqda ekspeditor yükü qəbul etdikdən sonra müştəri (yükalan) qarşısında yükün qablaşdırılmasının mövcud olmamasına, habelə yükün çəkisinin və sayının təkrar yoxlanılması nəticəsində əksik çıxmasına, yükün zahirən görünən qüsurlarının olmasına görə məsuliyyət daşıyır. Müştəri daşınma üçün hazırladığı və qablaşdırdığı yükün zahirən görünməyən qüsurları üçün, habelə qiymətli əşyaların, tez xarab olan və ya təhlükəli yüklərin, həmçinin xüsusi mühafizə tələb edən yüklərin bəyan edilməməsinə görə ekspeditor (yükalan) qarşısında cavabdehdir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Anar Kəlbiyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://unikal.az
archiveBu xəbər 24 Oktyabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see627

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see299

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see289

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see277

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see271

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see250

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see249

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see243

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see238

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see230

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see227

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see214

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see203

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see202

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see202

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see201

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see194

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see187

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see187

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri