Icma.az
close
up
RU
Ekspeditor yükün itirilməsinə görə bu hallarda məsuliyyət daşıyacaq

Ekspeditor yükün itirilməsinə görə bu hallarda məsuliyyət daşıyacaq

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Yükün itirilməsinə (məhv olmasına), əskik çıxmasına və ya zədələnməsinə (xarab olmasına) görə ekspeditorun müştəri qarşısında məsuliyyətinin əsasları və dərəcəsi müəyyən edilir.

“Unikal” xəbər verir ki, Milli Məclisin bugünkü iclasında yeni “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsi müzakirə edilib.

Qanun layihəsinə əsasən, ekspeditor özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən yükü qəbul etdikdən sonra nəqliyyat-ekspedisiya müqaviləsində göstərilən yükalana və ya onun səlahiyyətli nümayəndəsinə çatdıranadək həmin yükün itirilməsinə (məhv olmasına), əskik çıxmasına və ya zədələnməsinə (xarab olmasına) görə müştəri qarşısında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 859-cu maddəsinə uyğun olaraq  məsuliyyət daşıyır, bu şərtlə ki, yükün itirilməsinin (məhv olmasının), əskik çıxmasının və ya zədələnməsinin (xarab olmasının) ondan asılı olmayan hallar nəticəsində, eləcə də qarşısıalınmaz qüvvə səbəbindən baş verdiyini sübut etməsin.

Ekspeditor müştəri qarşısında aşağıdakı hədlərdə məsuliyyət daşıyır:

23.1.1.    müştəri tərəfindən elan edilmiş dəyər əsasında ekspeditor tərəfindən daşınmaq üçün qəbul edilmiş yükün itirilməsinə, məhv olmasına və əskik çıxmasına görə – yükün və ya əskik çıxan hissəsinin elan edilmiş dəyəri nisbətində;

23.1.2.    elan edilməmiş dəyər əsasında ekspeditor tərəfindən daşınmaq üçün qəbul edilmiş yükün itirilməsinə, məhv olmasına və əskik çıxmasına görə – yükün və ya əskik çıxan hissəsinin faktiki dəyəri nisbətində; 

23.1.3.    müştəri tərəfindən elan edilmiş dəyər əsasında ekspeditor tərəfindən daşınmaq üçün qəbul edilmiş yükün zədələnməsinə (xarab olmasına) görə – yükün elan edilmiş dəyərinin azaldığı məbləğdə və ya zədələnmiş (xarab olmuş) yükü bərpa etmək mümkün olmadıqda elan edilmiş dəyəri nisbətində; 

23.1.4.    elan edilməmiş dəyər əsasında ekspeditor tərəfindən daşınmaq üçün qəbul edilmiş yükün zədələnməsinə (xarab olmasına) görə – yükün faktiki dəyərinin azaldığı məbləğdə və ya zədələnmiş (xarab olmuş) yükü bərpa etmək mümkün olmadıqda faktiki dəyəri nisbətində.

23.2.     Yükün elan edilmiş dəyəri nəqliyyat-ekspedisiya müqaviləsində və ya ekspeditorun qeydində göstərilən qiymətə əsasən müəyyən edilir. Yükün faktiki dəyəri isə onun bazar qiymətinə, bu mümkün olmadıqda isə analoji malların mövcud bazar qiymətinə əsasən müəyyən edilir. 

23.3.     Ekspeditor yükün itirilməsi (məhv olması), əskik çıxması və ya zədələnməsi (xarab olması) nəticəsində müştəriyə dəymiş zərərin və müştərinin əldən çıxmış gəlirlərinin əvəzini ödəməklə yanaşı, müştəri tərəfindən nəqliyyat-ekspedisiya müqaviləsinə əsasən ödənilən muzdu müştəriyə geri qaytarır. 

23.4.     Daşıyıcı tərəfindən yük daşımağa qəbul edildikdən sonra 3 (üç) ay ərzində çatdırılmadıqda və ya nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edilmiş çatdırılma müddətinin bitdiyi tarixdən 30 (otuz) gün sonra yükalana təhvil verilmədikdə əksi sübut edilənədək yük itirilmiş hesab olunur. Təyinat yerinə çatdırılan, lakin muzdun ödənilməməsi səbəbindən nəqliyyat-ekspedisiya müqaviləsində göstərilən yükalana və ya onun səlahiyyətli nümayəndəsinə təhvil verilməyən yük itirilmiş hesab olunmur, bu şərtlə ki, ekspeditor nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi barədə müştəriyə dərhal yazılı və ya elektron formada məlumat versin. 

23.5.    Nəqliyyat-ekspedisiya müqaviləsində başqa hal nəzərdə tutulmadıqda ekspeditor yükü qəbul etdikdən sonra müştəri (yükalan) qarşısında yükün qablaşdırılmasının mövcud olmamasına, habelə yükün çəkisinin və sayının təkrar yoxlanılması nəticəsində əksik çıxmasına, yükün zahirən görünən qüsurlarının olmasına görə məsuliyyət daşıyır. Müştəri daşınma üçün hazırladığı və qablaşdırdığı yükün zahirən görünməyən qüsurları üçün, habelə qiymətli əşyaların, tez xarab olan və ya təhlükəli yüklərin, həmçinin xüsusi mühafizə tələb edən yüklərin bəyan edilməməsinə görə ekspeditor (yükalan) qarşısında cavabdehdir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

Anar Kəlbiyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://unikal.az
archiveBu xəbər 16 Dekabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri