Bu həkimlər daha artıq əməkhaqqı almalıdır TƏBİB
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Daha çox nəticə göstərən, daha çox iş görən həkimlərimiz daha çox qiymətləndirilməli, daha çox əməkhaqqı almalıdır”.
Bakıvaxtı.az xəbər verir ki, buu TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) icraçı direktoru Anar Bayramov mətbuat konfransında jurnalistlərin sualını cavablayarkən deyib.
O bildirib ki, səhiyyə elə bir sahədir ki, burada islahatlar davamlı olmalıdır:
"İslahatlar mütəmadi şəkildə aparılmalı və səhiyyə sistemi daim təkmilləşdirilməlidir. Ümumiyyətlə, səhiyyə sistemində ən önəmli göstərici həkimə müraciətlərin, çağırışların və müayinələrin sayı deyil. Əsas göstərici görülən müayinə və ya müalicənin insanların sağlamlığına necə təsir etməsidir. Ona görə də bu istiqamətdə ardıcıl tədbirlər görməliyik və düşüncə tərzimizi də dəyişməliyik. Növbəti mərhələlərdə həkimlərin ödənişində nəticəyönümlü mexanizmə keçməliyik. Ümumiyyətlə, səhiyyə sistemimiz xəstəliyə reaksiya verən sistemdən sağlamlığı idarə edən sistemə keçməlidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 02 Sentyabr 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















