Icma.az
close
up
RU
Bu, həm Azərbaycan, həm də İran üçün tarixi bir hadisə olacaq

Bu, həm Azərbaycan, həm də İran üçün tarixi bir hadisə olacaq

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bu gün İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri iki ölkə arasndakı iqtisadi və siyasi əlaqələrin daha da möhkəmlənməsi üçün əhəmiyyətli bir mərhələdir. Bu səfər, regionda strateji əməkdaşlıq və qarşılıqlı inamı daha da gücləndirəcək, hər iki tərəfin potensialını artırmaq üçün böyük bir fürsət təqdim edir".

Ölkə.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, İran və Azərbaycanın zəngin tarixi və mədəni əlaqələri xalqlarımız arasında dərin etimad və anlayışın formalaşmasına kömək edir: "İkitərəfli ticarət dövriyyəsi sürətlə artmaqddır. 2023-cü ildə ticarət dövriyyəsi 500 milyon dollar olub və 33 faiz artaraq 2024-cü ildə 650 milyon dollara yaxınlaşıb.

Azərbaycandan İrana neft-kimya məhsulları, kənd təsərrüfatı və plastik məmulatlar, İrandan isə bizə ərzaq məhsulları və tikinti materialları daha çox daşınıb. Lakin, yarım trilyon dollara yaxın ÜDM-ə sahib və 765 km uzunluğunda sərhəd xətti olan bir ölkə ilə bu ticarət dövriyyəsi potensialdan xeyli azdır.

İranın Azərbaycandakı investisiyaları 370 milyon dolları keçib və bu, sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti və ticarət sahələrndə mühüm əməkdaşlığı əhatə edir.

Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı ilə iki ölkə arasında dialoqların mərkəzində duran məsələlərdən biridir. 2024-cü ildə bu dəhliz üzrə yükdaşıma 28 faiz, tranzit daşıma isə 23 faiz artıb. Ticarət dövriyyəsində olduğu kimi, bu yükdaşıma üzrə də real rəqəmlər potensialdan çox azdır.

Lakin hesab edirəm ki, Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması, Ağbənd - Kəlalə avtomobil və dəmir yolu bağlantısının yaradılması və digər dəhliz elementləri üzrə görülən işlər bu istiqamətdə effektivliyi artıra bilər.

Həmçinin, Araz çayı üzərindəki su ehtiyatlarının birgə idarə olunması, işğaldan azad edilən ərazilərimizdə fəaliyyətə İran sahibkarlarının maraq göstərməsi digər iqtisadi potensialı da üzə çıxara bilər.

Bir məqamı xüsusi qeyd edim ki, 2027-ci ildə Xudafərin körpüsünün 1000 illik yubileyi qeyd ediləcək! Bu, həm Azərbaycan, həm də İran üçün tarixi bir hadisə olacaq. Bu minilliyin şərəfinə böyük bir dövlət tədbiri keçirilə bilər, həmçinin bu, həm ikitərəfli əlaqələr, həm də regionun sabitliyi və inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edər".

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Aprel 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri