Icma.az
close
up
RU
Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? VİDEO

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? VİDEO

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Xəbər verdiyimiz kimi, bir neçə gün öncə tanınmış psixoloq Nilufər Abdulla uğursuz cərrahi əməliyyatdan sonra dünyasını dəyişdi və onun 3 azyaşlı övladı anasız qaldı.

Bakupost.az xəbər verir ki, tanınmış psixoloqun bədən şəkilləndirmə əməliyyatı “Etalon” Hospitalda baş tutmuşdu.

Psixoloqun bacısı Fidan Abdulla “Baku TV”-yə bildirib ki, hadisənin əsas səbəbkarı cərrah Seymur Məmmədov və “İnstagram” sosial şəbəkəsində özünü “d-r Pərviz” kimi təqdim edən şəxsdir:

"Seymur Məmmədov "Pərviz" adlı şəxsin komandasında cərrah kimi fəaliyyət göstərir. Bizi Seymur Məmmədova da o yönləndirdi. Bizi inandırdı ki, Seymur Məmmədov lisenziyalı, çox professional həkimdir. Klinikada əməliyyatdan sonra bacımı palataya köçürdülər. Mən soruşanda ki, niyə reanimasiyaya yerləşdirmirsiniz, dedilər, reanimasiya elə buradır. Bir müddət sonra süni nəfəs verən, təzyiqi, ürək döyüntüsünü ölçən aparatları çıxardılar. Səbəbini soruşdum, dedilər, artıq yatıb. Halbuki yatsa da, bu aparatlar çıxarılmamalı idi. Sonra bir tibb işçisi gəldi, diqqət yetirib nə gördüsə, bütün həkimləri ora çağırdı. Aparata təkrar qoşanda nəbzi sıfıra qədər düşdü”.

Sosial şəbəkələrdə özünü "d-r Pərviz" kimi təqdim edən Pərviz Əhmədovun anestezioloq olduğu, mahiyyət etibarilə estetik əməliyyatlar, bədən şəkilləndirmə əməliyyatları bazarında dəllal kimi fəaliyyət göstərdiyi bildirilir.

Əməliyyatı edən cərrah Seymur Məmmədovun isə lisenziyası ləğv edilib. Ancaq qəribəsi budur ki, bütün bunlara baxmayaraq, “Etalon” Hospital onu hələ də öz internet resurslarında estetik cərrah kimi təqdim edir.

İnternet üzərindən kiçik araşdırma apardıqda “Etalon” Hospitalda estetik əməliyyatdan sonra həyatının itirən tək şəxsin Nilufər Abdulla olmadığı, bu halın artıq neçənci dəfə təkrarlandığını görmüş oluruq. Bir neçə ay öncə eyni həkim tərəfindən əməliyyat olunan və dünyasını dəyişən Sumqayıt sakini, 33 yaşlı Pərvanə Mirzəyeva da həkim səhlənkarlığının qurbanlarındandır.

Türkiyə vətəndaşı olan azərbaycanlı aktrisa Natavan Gümeti də bu hospitalda əməliyyatdan sonra ölümlə üz-üzə qalmışdı.

Müqayisə etmək üçün daha bir cərrahiyyə faciəsini xatırladaq. Bu il yanvar ayında 30 yaşlı Nəzrin Mansurova rinoplastika əməliyyatından sonra dünyasını dəyişdi. Əməliyyatı “Mərcan Medicare” adlı klinikada plastik cərrah işləyən Sənan Mehdiyev etmişdi. Ölüm halından sonra Sənan Mehdiyev Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilərək həbs olundu.

Ancaq “Etalon” Hospitalda baş verən ölüm halları ilə bağlı eyni nəticəni hələ ki, görmürük. Gördüyümüz odur ki, Pərviz Əhmədov və sertifikatı ləğv olunmuş Seymur Məmmədov fəaliyyətlərinə davam edirlər. Necə olur ki, əməliyyatdan sonra pasiyenti ölən biri dərhal həbs olunur, digəri isə işinə davam edir? Sosial şəbəkələrdə Seymur Məmmədovun başqa klinikalarda da əməliyyatlar etdiyi bildirilir. Cəmiyyət isə aidiyyəti qurumlardan bu hadisələrin nə vaxt araşdırılıb başa çatdırılacağını, hüquqi qiymət alacağını gözləyir.

Ətraflı "BakuPost TV"nin məsələ ilə bağlı reportajında:



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Avqust 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see142

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see141

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see124

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri