Bu icra başçısı çoxuşaqlı atadır FOTO
Icma.az, Metbuat portalına istinadən məlumat yayır.
Azərbaycanda fəaliyyət göstərən icra başçıları müxtəlif keyfiyyətlərə görə bir-birilərindən fərqlənirlər. Onların yaşı, stajı, təhsili və idarəetmə metodu həmişə müzakirə mövzusu olub.
Metbuat.az xəbər verir ki, Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovu həmkarlarından fərqləndirən cəhətlərdən biri çoxuşaqlı ata olmasıdır.
Qeyd edək ki, Siraqəddin Cabbarov 15 dekabr 1959-cu ildə İmişli rayonunda anadan olub. 1981-cı ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirib. İxtisasca mühəndis-mexanikdir.
Əmək fəaliyyətinə 1981-ci ildə başlayan Siraqəddin Cabbarov 28 avqust 1992-ci ildən 25 aprel 2008-ci ilə kimi Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı aparatında Mənzil sahələrinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin müdiri, Təsərrüfat şöbəsinin müdiri, Sosial-iqtisadi məsələlər şöbəsinin müdiri və başçının müavini vəzifələrində işləyib. O, 25 aprel 2008-ci il tarixdən 17 may 2019-cu il tarixədək Saatlı rayon icra kakimiyyətinin başçısı olub.
17 may 2019-cu il ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Siraqəddin Cabbarov 5 uşaq atasıdır. Onların beşi də ali təhsillidir. Cabbarovlar dövlət və özəl müəssisələrdə çalışırlar. Siraqəddin Cabbarovun övladlarının adı mətbuatda heç vaxt mənfi kontekstdə hallanmayib. İcra başçısı ailə dəyərlərinə sədaqəti ilə tanınır.
Fotoda: Siraqəddin Cabbarov

Nazim Hüseynzadə / Metbuat az

Baxış sayı:40
Bu xəbər 04 Fevral 2026 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















