Icma.az
close
up
RU
Bu, iki ölkə arasında əlaqələrin daha yüksək səviyyəyə keçdiyini göstərir

Bu, iki ölkə arasında əlaqələrin daha yüksək səviyyəyə keçdiyini göstərir

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti İsrailin Təl-Əviv şəhərində rəsmi səfərdədir. Səfər çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin müdafiə naziri İsrail Katz və Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir ilə görüşüb. Ölkələr arasında münasibətlərin yüksək səviyyədə olmasının xüsusi vurğulandığı görüşlərdə hərbi əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb".

Redaktor.az xəbər verir ki, bunu politoloq Turan Rzayev deyib. O, fikirlərinə daha sonra bunları əlavə edib:

"Rəsmi səfər zamanı Azərbaycanın müdafiə nazirinin müavini – Baş direktor cənab Aqil Qurbanov ilə İsrail Müdafiə Nazirliyinin Baş direktoru cənab Amir Baram arasında keçirilən görüşdə hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və perspektiv planlardan danışılıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İsrailin müdafiə naziri İsrael Katz və Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamirlə görüşləri, hərbi-texniki əməkdaşlıqla yanaşı, iki ölkə arasında strateji əlaqələrin daha yüksək səviyyəyə keçdiyini göstərir.

Səfərin mahiyyəti təkcə ikitərəfli müdafiə əlaqələrinin inkişafı ilə məhdudlaşmır. Bu, Azərbaycan üçün geniş mənada təhlükəsizlik siyasətinin şaxələndirilməsi, regional risklərin effektiv idarə olunması və strateji tərəfdaşlıq anlayışının formatlaşdırılması deməkdir.

İllərdir ki, Azərbaycan və İsrail arasında müdafiə, texnoloji və enerji sahələrində möhkəm tərəfdaşlıq münasibətləri mövcuddur. Lakin son dövrlərdə bu münasibətlərin məzmunu dəyişir.

İsrailin pilotsuz uçuş aparatları (PUA) və kəşfiyyat texnologiyaları 44 günlük Vətən müharibəsində Azərbaycan üçün mühüm üstünlüklər yaratdı. Bununla yanaşı, tərəflər arasında hərbi təhsil, texnologiya transferi və birgə istehsal kimi sahələrdə də yeni imkanlar formalaşmaqdadır. Bu səfərdə müdafiə nazirinin müavini Aqil Qurbanov və israilli həmkarı Amir Baram arasında keçirilən görüş də məhz bu istiqamətləri əhatə edirdi.

Azərbaycan–İsrail müdafiə əməkdaşlığı, xüsusilə Cənubi Qafqazda dəyişən güc balansı kontekstində daha da aktuallaşır. Bu əməkdaşlıq, ilk növbədə, Bakı üçün təhlükəsizlik zəmanətini gücləndirən amildir. Lakin eyni zamanda regiondakı digər güc mərkəzlərinə də siyasi siqnal xarakteri daşıyır.

Əlbəttə, bu prosesin narahat etdiyi aktorlar da var. Xüsusilə İran kimi ölkələr bu münasibətləri özlərinə təhlükə kimi qiymətləndirirlər. Lakin Azərbaycanın xarici siyasəti balans üzərində qurulub. Bakı Tehranla da, Ankara ilə də, Təl-Əvivlə də işləməyi bacaran praqmatik mövqeyə sahibdir. Məsələn, Azərbaycan müdafiə naziri Zakir Həsənov mayın 13-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə milli müdafiə naziri Yaşar Gülərin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdü. Bundan başqa ölkəmizdə “Araz-2025” birgə təlimləridə keçirildi. Hansı ki, bu təlim zamanı İran və Azərbaycan hərbçiləri Qarabağda birgə tapşırıqları icra ediblər.

Azərbaycan İsrail–Türkiyə münasibətlərinin normallaşmasında “körpü aktoru” rolunu oynayır. Bakı həm Təl-Əviv, həm də Ankara ilə sıx əlaqələrə malik azsaylı ölkələrdən biridir. Bu unikal mövqe Azərbaycanın regional və beynəlxalq diplomatiyada nüfuzunu daha da artırır. Səfər həm də bu baxımdan önəm daşıyır".

Vasif ƏLİHÜSEYN 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 May 2025 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri