Bu il 89 uşaq övladlığa verilib
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2026-cı ilin ötən dövründə 89 uşaq övladlığa verilib.
Nazirlikdən APA-ya verilən məlumata görə, onlardan 45-i qız, 44-ü oğlandır.
Qeyd olunub ki, uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır. Valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürən şəxslər aylıq sosial müavinətlə (3-18 yaş arası hər uşağa görə 240 manat, əlilliyi olan hər uşağa görə 600 manat) təmin edilir. Həmçinin onlar sosial təminat, əmək, vergi münasibətləri sahələrində bir sıra güzəştlərə də malikdirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 01 Sentyabr 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















