Bu il Azərbaycan Braziliya Hökumətlərarası Birgə İşçi Qrupun ilk iclası keçiriləcək
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Bu il Azərbaycan-Braziliya Ticarət və İnvestisiyalar üzrə Hökumətlərarası Birgə İşçi Qrupun ilk iclasının keçirilməsi nəzərdə tutulub.
525.az Report-a istinadən xəbər verir ki, bunu Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz bildirib.
“Bu il İşçi Qrupun ilk iclasını keçirəcəyimizə ümidvarıq. Bu qərara bağlıdır, amma ortaq məqsədimiz bu il görüşməkdir”,- o qeyd edib.
Diplomat həmçinin xatırladıb ki, Azərbaycanla Braziliyanın kənd təsərrüfatı sahəsində əməkdaşlığı mövcuddur:
"Keçən ilin sentyabr ayında imzalanmış anlaşma memorandumumuz var. Bu sənəd çox əhatəlidir. O, iqtisadi əməkdaşlıq və investisiyadan tutmuş kənd təsərrüfatında tədqiqat və təhsilə qədər bir çox sahəni əhatə edir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 18 Aprel 2025 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















