Icma.az
close
up
RU
“Bu il bizim üçün olimpiya seçmə mərhələsi ərəfəsində hazırlıq ili hesab olunur” Vladimir Şulikinin ə AÇIQLAMASI

“Bu il bizim üçün olimpiya seçmə mərhələsi ərəfəsində hazırlıq ili hesab olunur” Vladimir Şulikinin ə AÇIQLAMASI

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın batut gimnastikası üzrə yığma komandası beynəlxalq startlara hazırlığa başlayıb. Qarşıdakı mövsümü olimpiya kvalifikasiyası ərəfəsində həlledici sınaq mərhələsi adlandırmaq olar.

Komanda eyni vaxtda Los-Anceles Olimpiadasına bir neçə lisenziya uğrunda mübarizə aparmağı planlaşdırır ki, bu barədə İdman.Biz-ə yığmanın baş məşqçisi Vladimir Şulikin məlumat verib.

O xatırladıb ki, Batut gimnastikasında mövsüm ənənəvi olaraq Bakıda açılacaq – 21–22 fevral tarixlərində Milli Gimnastika Arenasında Dünya Kuboku keçiriləcək. Turnirə artıq on ölkədən idmançılar qeydiyyatdan keçiblər və say baxımından ən böyük heyətlə amerikalılar iştirak edəcəklər, onlar Bakıya 16 atlet gətirəcəklər.

“Bakıda keçiriləcək Dünya Kubokuna hələlik çox sayda komanda müraciət etməyib, lakin bu, mövsümün başlanğıcı üçün xarakterik haldır. Hələ hamı optimal formaya düşməyib, buna görə də ev turnirinə planlı şəkildə hazırlaşacaq və bütün iş həcmini yerinə yetirəcəyik. Proqramın bütün növlərində – həm fərdi, həm də sinxron tullanışlarda çıxış edəcəyik. Azarkeşlər həm Selcan Maqsudovanı, həm də Maqsud Maqsudovu iş başında görə biləcəklər”, – deyə A.Şulikin bildirib.

Baş məşqçisi söyləyib ki, komanda üçün ilk səfər yarışı isə 12–13 mart tarixlərində Niderlandın Alkmaar şəhərində keçiriləcək Dünya Kuboku mərhələsi olacaq. Bu turnir ilin birinci yarısının əsas startı sayılan, aprel ayında Portimaoda keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyacaq.

“Portuqaliyaya geniş heyətlə yollanmağı planlaşdırırıq – tamburinq üzrə komanda ilə birlikdə ümumilikdə 20 idmançı olacaq. Çempionatda təkcə əsas yığma deyil, həm də gənclər çıxış edəcək və onlar da yüksək yerlər uğrunda mübarizə aparacaqlar”, – deyə məşqçi əlavə edib.

O qeyd edib ki, mövsümün gedişində komanda yenidən Portuqaliyaya qayıdacaq – 4–5 iyul tarixlərində Koimbrada Dünya Kuboku keçiriləcək. Ondan əvvəl isə 26–27 iyun tarixlərində İsveçrənin Arosa şəhərində Dünya Kuboku mərhələsi baş tutacaq. Təqvimdə daha iki Dünya Kuboku mərhələsi də yer alıb – oktyabr ayında “uçan gimnastlar” İtaliya və Almaniyada çıxış edəcəklər. Bu yarışlar idmançıları ilin əsas startına – 5–8 noyabr tarixlərində Nankində keçiriləcək dünya çempionatına hazırlayacaq. Qeyd edək ki, Çində həmçinin yeniyetmələr arasında dünya çempionatı və yaş qrupları üzrə dünya yarışları da təşkil olunacaq.

V.Şulikin mövsümün spesifik xüsusiyyətlərini də açıqlayıb.

“Bu il hazırlıq ilidir – texnika, hündürlük üzərində işləyəcəyik, tullanmaların çətinlik səviyyəsi isə artıq mövcuddur. Növbəti mövsümdə start götürəcək olimpiya seçmə mərhələsini nəzərdə saxlayırıq. Lisenziyalar Dünya Kuboku mərhələlərinin nəticələrinə, eləcə də dünya çempionatına əsasən qazanılacaq. Nə qədər tez vəsiqə əldə etsək, Olimpiadaya hazırlıq bir o qədər sakit və sistemli şəkildə aparıla bilər. Planlarımızda Los-Ancelesə iki vəsiqə qazanmaq var”, – deyə baş məşqçi fikrini yekunlaşdırıb.

Zəki Feyzullayev

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 Yanvar 2026 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri