“Mbappe meydana çıxsaydı, bizim üçün daha asan olardı” Nazim Süleymanovun ə AÇIQLAMASI
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sabah Bakıda Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Fransa oyunu ərəfəsində İdman.Biz Azərbaycan futbolunun ən tanınmış simalarından biri olan Nazim Süleymanovdan qarşıdakı görüşlə bağlı fikirlərini bölüşməyi xahiş edib.
O bildirib ki, belə səviyyəli rəqiblə - son iki dünya çempionatının finalçısı ilə qarşılaşmaq hər zaman qismət olmur:
“Deyim ki, Azərbaycan üçün Fransa kimi komandaya qarşı oynamaq böyük şərəfdir. Ümid edirəm ki, futbolçularımız maksimum güclərini ortaya qoyacaqlar. Uşaqlar heç olmasa Avropanın diqqətini çəkmək üçün bütün imkanlarını səfərbər etməlidirlər. Üstəlik, Fransanın heyətində Kilian Mbappe olmayacaq. Düşünürəm ki, əgər Mbappe olsaydı, bizə daha asan olardı. Çünki o, belə oyunda özünü zədədən qoruyaraq tam gücü ilə oynamazdı. Onun yoxluğunda isə uzun müddət kölgədə qalan digər fransalı hücumçular özlərini göstərmək üçün əla fürsət qazanırlar”.
“Real hesab proqnozuna gəlincə, hər nə qədər istəsək də, səviyyə fərqini nəzərə alsaq, qələbə və ya heç-heçə barədə düşünmək çətindir. Amma fikrimcə, böyükhesablı nəticə də olmayacaq. Düşünürəm ki, 0:2 hesabı ilə uduzacağıq”, - deyə Nazim Süleymanov əlavə edib.
Vüqar Vüqarlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 15 Noyabr 2025 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















