Icma.az
close
up
RU
Bu il Pedaqoji Universitetin Şamaxı filialından 138 tələbə məzun olur

Bu il Pedaqoji Universitetin Şamaxı filialından 138 tələbə məzun olur

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ADPU-nun Şamaxı filialında “Məzun günü” keçirilib

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Məzun günü” keçirilib.

ADPU-nun Şamaxı filialından AZƏRTAC-a bildirilib ki, tədbirdə filialın direktoru dosent Tünzalə Yusifova çıxış edərək Azərbaycanda təhsilə göstərilən dövlət qayğısından söz açıb. “Dövlətimizin təhsilə, eləcə də gənclərin intellektual, mənəvi və vətənpərvərlik ruhunda inkişafına göstərdiyi böyük diqqət və qayğının nəticəsidir ki, bu gün ADPU-nun Şamaxı filialında vətənpərvər, savadlı, məsuliyyətli və təşəbbüskar gənclik yetişir”, - deyə Tünzalə Yusifova qeyd edib. O vurğulayıb ki, filial öz fəaliyyəti ilə regionda təhsilin inkişafına və kadr potensialının güclənməsinə mühüm töhfələr verir: “Məzunlarımız bu gün təkcə müəllim kimi deyil, eyni zamanda, müxtəlif sahələrdə - dövlət və özəl qurumlarda, təhsil müəssisələrində, sosial layihələrdə və ictimai fəaliyyətlərdə uğurla fəaliyyət göstərirlər. Onların əldə etdiyi bilik, bacarıq və formalaşdırdıqları dəyərlər bu filialda təməli qoyulmuş sağlam təhsil və psixoloji mühitin nəticəsidir. Ümumilikdə bu il 6 ixtisas üzrə 138 məzun filialı bitirərək ölkənin müxtəlif təhsil müəssisələrində fəaliyyətə başlayacaq. Sevindirici haldır ki, bu tədris ilində Şamaxı filialında müəllimlik ixtisasları ilə yanaşı təhsildə sosial-psixoloji xidmət ixtisasının da ilk məzunlarını yola salırıq”.

Təhsil aldıqları müddətdə təhsildə və ictimai-sosial fəallıqları ilə seçilən bir sıra məzunlara filialın rəhbərliyi tərəfindən fəxri fərman və təşəkkürnamələr təqdim olunub.

Tədbirdə Regional İnkişaf İctimai Birliyinin (RİİB) Dağlıq Şirvan Regional bölməsinin rəhbəri Nərgiz Qurbanova bildirib ki, ADPU-nun Şamaxı filialında tələbələrin intellektual və şəxsi inkişafı üçün çox gözəl şərait yaradılıb: “Tələbələrin könüllülük fəaliyyətinə geniş imkanlar yaradılır və bu da onların müxtəlif təşkilatlarda, o cümlədən RİİB çərçivəsində çoxşaxəli sahələrdə uğurla fəaliyyət göstərməsinə şərait yaradır. Biz bu əməkdaşlığı yüksək qiymətləndiririk”.

Tədbirin davamında məzunlar təhsil aldıqları illərlə bağlı təəssüratlarını, qürurlu və kövrək anlarını bölüşüblər, filialın rəhbərliyinə, müəllimlərinə və valideynlərinə təşəkkürlərini bildirdilər. Onların valideynləri də bu illər ərzində tələbələr üçün yaradılan şəraitə görə filialın rəhbərliyinə təşəkkür ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri