Icma.az
close
up
RU
Bu il qrip niyə bu qədər ağır keçir? Amerikalı mütəxəssis izah edir

Bu il qrip niyə bu qədər ağır keçir? Amerikalı mütəxəssis izah edir

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

1 yanvar 2025-dən bu yana 68-i uşaq olmaqla 4000-dən çox insan qrip səbəbiylə həyatını itirib

ABŞ-də qrip hallarının sayı 2025-ci ilin fevral ayında son 15 ildə görünməmiş səviyyəyə çatıb. Üstəlik, Covid-19 pandemiyasının başlanmasından bəri ilk dəfə olaraq xəstəxanaya yerləşdirilən qrip xəstələrinin sayı Covid-19 xəstələrini keçib. Xəstəliklərin İdarə Olunması və Qarşısının Alınması Mərkəzlərinin (CDC) açıqlamasına görə, ölkə üzrə qrip mövsümü “yüksək ağırlıqlı” olaraq qiymətləndirilib.


Sherg.az xəbər verir ki, epidemologiya mütəxəssisi Annette Regan, bu ilki qrip mövsümünü və yayılmanın qarşısını almaq üçün nələr edilə biləcəyini The Conversation üçün izah edib.


Bu il əvvəlki illərdən nə ilə fərqlənir?

ABŞ-də yanvar ayının sonundan bəri həftəlik qrip səbəbli xəstəxanaya yerləşdirilmə sayı 2009-cu ildən əvvəlki dövrlərdən bəri ən yüksək səviyyəyə çatıb.

Əksər hallar influenza A virusunun H3N2 və H1N1 alt növləri ilə əlaqəlidir. Tədqiqatçılar bildirir ki, tarixən H3N2 dominant olduğu illərdə qrip daha ağır keçir, lakin H1N1 də ciddi hallara səbəb ola bilər. 


Son üç mövsümdə qrip dekabr ayında zirvəyə çatdığı halda, bu il zirvə daha gec olub.

1 yanvar 2025-dən bu yana 68-i uşaq olmaqla 4000-dən çox insan qrip səbəbiylə həyatını itirib. Bu rəqəm rekord deyil, lakin qripin ciddi bir xəstəlik olduğunu göstərmək baxımından əhəmiyyətlidir.


Qrip mövsümünün nə qədər ağır keçəcəyini müəyyən edən bir çox faktor var:

Peyvəndləmə səviyyəsi

Təbii immunitet dərəcəsi

Virusun xüsusiyyətləri

Səyahət, məktəb və iş kimi sosial təmasların sıxlığı

Covid-19 pandemiyasından sonra qrip peyvəndlənməsi azalıb.

2023-24 mövsümünün sonunda tətbiq olunan peyvənd sayı əvvəlki ilə nisbətən 9,2 milyon az olub.

2022-ci ildən bu yana özəl istehsalçılar tərəfindən bazara çıxarılan qrip peyvəndlərinin miqdarı da azalıb.

Yetkinlərdə tövsiyə olunan peyvəndlənmə faizi 70 % olsa da, tarixən bu göstərici 30-60 % arasında dəyişib. Pandemiyadan əvvəl bu faiz ildə 1-2% artmaqda idi.

Uşaqlarda 2019-20 mövsümündə peyvəndləmə 59 % olduğu halda, 2024-25 mövsümündə 46 %-ya düşüb.

65 yaş və üzəri qrupunda isə bu göstərici 52 %-dən %43 %-ə enib.

Aşağı peyvəndləmə səviyyəsi, əhalinin böyük bir hissəsinin qorunmaması deməkdir. Məlumatlar göstərir ki, peyvənd olunmuş insanlar qripə yoluxsa belə, xəstəliyi daha yüngül keçirir.

Lakin məsələ yalnız peyvəndlə məhdudlaşmır. Son mövsümlərdə virusda baş verən genetik dəyişikliklər, onun yoluxduruculuğunu və ciddi xəstəlik yaratma riskini artırıb.

Qrip peyvəndlərinin hər il yenilənən versiyalarının effektivliyi, dövriyyədə olan virusla uyğunluğuna görə dəyişir.

2023-24-cü il mövsümündə qrip peyvəndinin effektivliyi 42 % olub.

2024-25-ci il mövsümünün əvvəlində toplanan məlumatlara görə:

Yetkinlərdə peyvəndin xəstəxanaya yerləşdirməyə qarşı qoruyuculuğu 41-55%,

Uşaqlarda isə bu göstərici 63-78% olub.


Qrip simptomları Covid-19 və digər xəstəliklərdən fərqlənirmi?

Əvvəlcə qeyd etmək lazımdır ki, qrip və soyuqdəymə tez-tez bir-birinə qarışdırılır. Qrip influenza virusundan yaranır, soyuqdəymədən daha ağır keçir və adətən hərarətlə müşahidə olunur.

Qrip, Covid-19 və digər tənəffüs yolları viruslarının simptomları oxşardır və zəiflikdən başlayaraq sətəlcəm və tənəffüs çatışmazlığına qədər dəyişə bilər.


Geniş yayılmış qrip simptomlarına aşağıdakılar daxildir:

Yüksək hərarət

Öskürək

Yorğunluq

Nəfəs darlığı

Boğaz və əzələ ağrısı

Baş ağrısı

Burun tutulması

Dad və qoxu hissində dəyişikliklər Covid-19 üçün daha xarakterikdir. Hər iki virusda simptomlar 1-4 gün ərzində ortaya çıxır, lakin Covid-19 simptomları daha uzun müddət davam edə bilər.

Ən dəqiq diaqnoz yalnız test vasitəsilə mümkündür.

Xroniki xəstəlikləri olan şəxslər, immun sistemi zəif olanlar üçün qrip və Covid-19 daha təhlükəlidir. Bu şəxslərdə erkən diaqnoz həyati əhəmiyyət daşıyır.


Qripdən necə qoruna bilərik?

* Mövsüm hələ bitmədiyi üçün peyvənd olunmaq üçün gec deyil.

* Ən zəif mövsümdə belə peyvənd heç olmasa müəyyən qədər qorumanı təmin edir.

* Əlləri tez-tez yumaq və tez-tez toxunulan səthləri təmizləmək virusa yoluxma ehtimalını azaldır.

* Xəstə şəxslərlə təmasdan uzaq durmaq, səhiyyə müəssisələrində maskadan istifadə də faydalıdır.

* Sağlam qidalanma, idman və yuxu rejiminə riayət etmək immun sistemini gücləndirərək infeksiyaya qarşı müqaviməti artırır.

* Qrip diaqnozu qoyulanlar və ya simptomları olanlar insanlarla təmasdan çəkinməli, xalq arasında olmağa ara verməlidirlər.

* Öskürərkən və asqırarkən ağzı bağlamaq da virusun yayılmasının qarşısını alır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Aprel 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri