Icma.az
close
up
RU
Bu il qrip niyə bu qədər ağır keçir? Mütəxəssis izah edir

Bu il qrip niyə bu qədər ağır keçir? Mütəxəssis izah edir

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-da fevral ayında qrip hallarının sayı son 15 ildə görünməmiş səviyyəyə çatıb. Üstəlik, COVID-19 pandemiyasının başlanğıcından bəri ilk dəfə qrip səbəbilə xəstəxanaya yerləşdirilənlərin sayı koronovirus xəstələrini ötüb. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin məlumatına görə, ölkə üzrə qrip mövsümü "yüksək" səviyyədə ağır keçir.

Qaynarinfo xəbər verir ki, epidemiologiya mütəxəssisi Annett Reqan bu ilki qrip mövsümünün fərqlərini və yoluxmanın qarşısını almaq üçün atıla biləcək addımları "The Conversation" üçün izah edib.

Bu ilin əvvəlki illərdən fərqi nədir?

ABŞ-da yanvar ayının sonundan etibarən qrip səbəbilə həftəlik xəstəxanaya yerləşdirilmə sayı 2009-cu ildən əvvəlki dövrlərdə görünməmiş səviyyəyə çatıb. Yoluxmaların əksəriyyəti influenza A virusunun H3N2 və H1N1 alt növləri ilə bağlıdır.

Araşdırmalar göstərir ki, tarixi olaraq H3N2-nin üstünlük təşkil etdiyi mövsümlər daha ağır keçir, lakin H1N1 də ciddi hallara səbəb ola bilər. Son üç qrip mövsümündə yoluxmalar dekabr ayında pik həddə çatmışdı, lakin bu mövsüm qripin yayılma dövrü gecikib.

1 yanvar 2025-dən bu yana 68-i uşaq olmaqla 4.000-dən çox insan qrip səbəbilə həyatını itirib. Bu, rekord olmasa da, qripin ciddi xəstəlik olduğunu göstərən əhəmiyyətli bir göstəricidir.


Qrip halları niyə bu qədər geniş yayılıb?

Qrip mövsümünün nə qədər ağır keçəcəyini müəyyən edən bir neçə amil var. Buraya peyvəndlənmə səviyyəsi, təbii immunitet dərəcəsi, virusun xüsusiyyətləri və insanların sosial mühitlərdə - iş, məktəb, səyahət kimi - bir-biri ilə təması daxildir.

Covid-19 pandemiyasından sonra qripə qarşı peyvəndlənmə səviyyəsi azalıb. 2023-2024 mövsümünün sonunda vurulan peyvənd sayı əvvəlki illə müqayisədə 9,2 milyon doza az olub.

Bundan əlavə, 2022-ci ildən bəri xüsusi istehsalçıların bazara çıxardığı qrip peyvəndlərinin miqdarı da azalıb. Yetkinlər üçün tövsiyə edilən peyvəndlənmə faizi 70% olsa da, tarixi olaraq bu göstərici 30-60% arasında dəyişib. Pandemiyadan əvvəl hər il bu göstəricidə 1-2% artım qeydə alınırdı.

Xüsusilə yüksək risk qruplarında peyvəndlənmə səviyyəsinin azalması nəzərə çarpır. 2019-20 mövsümündə uşaqların 59%-i qrip peyvəndi vurdurmuşdusa, 2024-25 mövsümündə bu rəqəm 46%-ə düşüb. 65 yaş və yuxarı ən riskli qrupda isə göstərici 52%-dən 43%-ə enib.

Peyvəndlənmənin azalması daha çox insanın qorunmamış olduğu mənasına gəlir. Məlumatlar göstərir ki, peyvənd xəstəxanaya yerləşdirilmə riskini azaldır. Peyvənd olunmuş şəxslər yoluxsa belə, xəstəliyi daha yüngül keçirir. Bu səbəbdən, aşağı peyvəndlənmə səviyyəsi qripin bu il daha ağır keçməsinin əsas amillərindən biri hesab edilir.

Bununla yanaşı, tək səbəb bu deyil. Son mövsümlərdə virusun genetik dəyişikliklərə uğraması onun yoluxuculuğunu və ağır xəstəliklərə səbəb olma ehtimalını artırıb.

Hər il yenilənən qrip peyvəndlərinin effektivliyi həmin il dövriyyədə olan virus növləri ilə uyğunluğuna bağlıdır. Bu effektivlik mövsümə görə 19%-dən 60%-ə qədər dəyişir. 2023-24 mövsümündə qrip peyvəndinin effektivliyi 42% olub.

Eyni zamanda, ABŞ-da 2024-25 mövsümünün əvvəlində toplanan məlumatlar göstərir ki, peyvənd böyüklərdə xəstəxanaya yerləşdirilmə hallarına qarşı 41-55%, uşaqlarda isə 63-78% arasında təsir göstərir.


Mövsümi qrip simptomları COVID-19 və digər xəstəliklərdən fərqlidirmi?

Əvvəlcə qeyd etmək lazımdır ki, qrip çox zaman soyuqdəymə ilə qarışdırılır. Qrip influenza virusu səbəbilə yaranır, çox vaxt soyuqdəymədən daha ağır keçir və yüksək hərarətə səbəb olur.

Qrip COVID-19 və digər tənəffüs yolu infeksiyalarının simptomları çox oxşardır. Yüngül narahatlıqdan tutmuş, sətəlcəm və tənəffüs çatışmazlığına qədər dəyişə bilər. Qripin əsas əlamətləri hərarət, öskürək və halsızlıqdır. Bunlara nəfəs darlığı, boğaz ağrısı, burun tutulması, əzələ və baş ağrıları da əlavə oluna bilər.

Dad bilmə duyğusunda dəyişikliklər və itki isə COVID-19 üçün daha xarakterikdir. Həm COVID-19, həm də qripdə simptomlar yoluxmadan 1-4 gün sonra ortaya çıxır. Lakin COVID-19 əlamətləri adətən daha uzun müddət davam edir.

Yoluxmaya hansı virusun səbəb olduğunu dəqiq bilmək üçün test vermək lazımdır.

İmmun sistemi zəif olanlar, diabet xəstələri, ürək və ağciyər problemləri yaşayan şəxslər qrip və COVID-19-u daha ağır keçirə bilər. Bu qruplarda erkən diaqnoz və müalicə olduqca vacibdir.

Qripdən qorunmaq üçün nə etmək olar?

Qripə yoluxmanın və yayılmasının qarşısını almaq üçün bir neçə üsul var. Mövsüm hələ davam etdiyindən, peyvənd olunmaq üçün gec deyil. Hətta peyvənd effektivliyinin aşağı olduğu illərdə belə, peyvənd vurdurmaq heç vurdurmamaqdan daha yaxşı qoruma təmin edir.

Əlləri yumaq və tez-tez toxunulan səthləri dezinfeksiya etmək virusla təması azaldır. Xəstə insanlarla təmasdan çəkinmək və sağlamlıq müəssisələrinə daxil olarkən maska taxmaq da qorunma tədbirləri sırasındadır.

Bundan əlavə, sağlam qidalanma, müntəzəm fiziki aktivlik və yetərli yuxu vasitəsilə immun sistemini gücləndirmək yoluxma riskini azalda bilər.

Qrip diaqnozu qoyulmuş və ya qripə bənzər simptomlar yaşayan şəxslər başqaları ilə təmasdan, xüsusilə də izdihamlı yerlərə girməkdən çəkinməlidirlər. Öskürək və asqırıq zamanı ağızı örtmək virusun yayılmasını azalda bilər.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:237
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Mart 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri