Bu il Saatlıda 20 təsərrüfatda ipəkqurdu bəslənəcək
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Saatlı, 13 may, Aydın Yavərzadə, AZƏRTAC
Ötən il baramaçılıqdan yüksək qazanc əldə edən Saatlı kümçüləri cari ildə də ipəkqurdu becərmək üçün toxum təhvil götürüblər. Bu il rayon üzrə 20 təsərrüfata barama bəslənilməsi üçün toxum paylanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Saatlıdan olan kümçülər bir neçə gündür toxum təhvil alaraq barama bəsləməyə başlayıblar. Saatlı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, bu il rayonda 20 kümçüyə hər birində 20 qram olmaqla, 1 qutu ipəkqurdu toxumu təhvil verilib. Baramaçılığın inkişafı üçün yem bazası kimi mövcud olan tut bağlarından istifadə edilir və rayon ərazisində Çin və yerli mənşəli çəkil ağacları var. Ötən ilin məhsuldarlığına gəldikdə, Saatlı rayon kümçüləri tərəfindən 899 kiloqram yaş barama təhvil verilib.

