Icma.az
close
up
RU
Bu il şam ağacı və bəzəkləri neçəyə başa gələcək? MƏBLƏĞLƏR

Bu il şam ağacı və bəzəkləri neçəyə başa gələcək? MƏBLƏĞLƏR

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda Yeni il bayramı yaxınlaşdıqca, şəhər sakinləri və qonaqlar şam ağacı, bəzəklər və işıqların qiymətləri ilə maraqlanırlar. Bu il də mağazalar və onlayn platformalar müxtəlif ölçü və dizaynda məhsullar təklif edirlər.

Bəs qiymətlər hansı aralıqdadır?

Sfera.az bildirir ki, ümumilikdə qiymətlərdə artım müşahidə olunur.

Ötən il 150 sm-lik şam ağacının qiyməti 69 manat, 120 sm-lik ağacın isə 44-48 AZN aralığında olub. Bu il isə qiymətlərdə artım 30-40 manat civarındadır.Belə ki, qiymətlər ölçüsünə görə dəyişir.

Məbləğlər ortalama aşağıdakı kimidir:

120 sm-lik ağac: 108 - 130 AZN

150 sm-lik ağac: 190 AZN

180 sm-lik ağac: 220 - 260 AZN

210 sm-lik ağac: 310 - 345 AZN

240 sm-lik ağac: 445 AZN

270 sm-lik ağac: 498 - 550 AZN 

Həmçinin şam ağaclarının formasına görə də qiymətlər müxtəlifdir. Ən ucuz şam ağacları sadə formada olanlardır. Onların qiymətli 90-170 manat aralığında dəyişir. Üzəri ağ olan şam ağacları isə bir qədər bahadır. Qiyməti 200-250 manatdır. Parklarda quraşdırılan şam ağacları isə sifarişlə gətirilir. Belə ki, park üçün ən bahalı şam ağacı 18 metr uzunluğundadır və 30 min manata başa gəlir. Şam ağacının quraşdırılması altlığı ilə birlikdə 50 min manata başa gəlir ki, belə şam ağacları əsasən rayon və şəhər icra hakimiyyətləri tərəfindən, dövlət qurumları tərəfindən sifarişlə gətirilir.

Bəzək aksesuarlarında da 5-15 manat bahalaşma var. 

Şam ağacı üçün LED işıqların qiyməti 10 metr üçün 3.40 manatdan başlayır. Ən bahalısı isə 200 metr uzunluğundadır və 150 manatdır. Ev və bağ üçün LED proyektorlar 50-150 manat aralığındır.

Yeni il üçün bəzək aksesuarlarının qiyməti keyfiyyətinə görə 3 manatdan 100 manata qədər dəyişir. Materialı şüşədən olan bəzək aksesuarlarının bir qutusu 70 manatdan başlayır. Əl işləri ilə hazırlanmış xüsusi bəzəklər 20-30 manat arasında dəyişir. Qar adamı, Santa Klaus və ya maral fiqurları 15-50 manat, LED işıqla təchiz edilmiş fiqurlar isə 50-100 manat aralığındadır. Şaxta babanın qiyməti 10 manatdan 200-250 manatadək dəyişir. Qar spreyi (250 ml) 5-8 manat, süni qar paketi isə 10-20 manatdır.

Bakıda Yeni il bayramı ilə bağlı alış-veriş siyahısına yalnız şam ağacı və bəzəklər deyil, həm də digər məhsullar daxildir. Bu məhsulların qiymətləri ilə bağlı ətraflı məlumatı təqdim edirik:


Yeni il üçün bəzəkli süfrələrin qiyməti 20-50 manat, şamların isə 5-15 manat aralığında dəyişir. Bayramla bağlı hədiyyəlik səbətlər də var ki, klassik səbət (şirniyyat, çay və aksesuarlarla) 30-50 manat, premium səbət (şərab, pendir və xüsusi delikateslərlə) 100-200 manat aralığındadır.

Yeni il geyimləri uşaqlar üçün 20-50 manat, böyüklər üçün 50-100 manat aralığında, Yeni il temalı sviterlərin adi dizaynda olanları 25-40 manat, yüksək keyfiyyətli xüsusi dizaynda olanlar isə 50-70 manat aralığında dəyişir.

Keçən il Yeni il məhsulları üçün qiymətlər daha stabil idi, lakin bu il bir çox məhsulda inflyasiya səbəbindən artım müşahidə olunur. Xüsusilə import olunmuş məhsulların qiyməti xeyli yüksəlib. Bu baxımdan yerli istehsal məhsulları almaq həm daha sərfəli, həm də milli iqtisadiyyata dəstəkdir.

Bu siyahını nəzərə alaraq, ailəniz və dostlarınız üçün əyləncəli və büdcəyə uyğun Yeni il alış-verişi edə bilərsiniz.

Firuzə Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:335
embedMənbə:https://sfera.az
archiveBu xəbər 27 Dekabr 2024 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri