Bu il SİF sahibkarlara 212 milyon manata yaxın güzəştli kredit verib
Aznews.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu ilin yanvar-noyabr aylarında Sahibkarlığın İnkişafı Fondu (SİF) müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 211,7 milyon manat güzəştli kredit verib.
Bu barədə Fond məlumat yayıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,6 % çoxdur.
Bildirilib ki, güzəştli kreditlər 5 144 layihənin maliyyələşdirilməsinə ayrılıb.
Qeyd edək ki, sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatlarına Fondun əməkdaşlıq etdiyi 20 bank, 9 bank olmayan kredit təşkilatı və 10 kredit ittifaqı aiddir.

Bu il SİF sahibkarlara 212 milyon manata yaxın güzəştli kredit verib
10 Dekabr 2024 15:48
Bu il SİF sahibkarlara 212 milyon manata yaxın güzəştli kredit verib Doğru Xəbərlər
10 Dekabr 2024 16:46
SİF: Son 5 ildə 1219 qadın sahibkara güzəştli kredit verilib
07 Mart 2025 22:26
SİF in güzəştli kreditlərinin 72 % i regionların payına düşüb
03 Fevral 2025 17:22

