Bu il “TikTok”da kimlərdən və nədən ilham aldıq? Fotolar
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qısa videoların izlənməsi və yaradılması üzrə aparıcı platforma olan “TikTok” 2025-ci ilin yekunlarını açıqlayaraq, Azərbaycanda seçilən kreatorların və əsas təşəbbüslərin siyahısını təqdim edib.
Dünyada hər gün 1 milyarddan çox insan “TikTok”a daxil olaraq ilham almaq və başqalarını ilhamlandırmaq, biliklərini bölüşmək, özünənəxsus məzmun yaratmaq və sadəcə olaraq özlərinin və digərlərinin əhvalİ-ruhiyyəsini yüksəltmək üçün platformadan istifadə edir.
Bu il platforma ilk dəfə olaraq Novruz bayramını Azərbaycandakı icması ilə birlikdə qeyd edib. #Novruz2025 həştəqi ilə istifadəçilər bayrama necə hazırlaşdıqlarını və onu necə qeyd etdiklərini əks etdirən 12 mindən çox video hazırlayəb, bayram təamlarının reseptlərini paylaşıb və ölkələrinin ənənələrinin gözəlliyini nümayiş etdiriblər.
Eyni zamanda, “TikTok” məşhur kreatorlarla birgə hazırlanmış, rəqəmsal savadlılığa həsr olunmuş ilk azərbaycandilli maarifləndirici #ÖncəTəhlükəsizlik layihəsini təqdim edib.
“TikTok” #AzərbaycanMüəllimləri adlı ilk müsabiqəyə təşəbbüs göstərib. Layihənin nəticələrinə əsasən, rəsmi #AzərbaycanMüəllimləri həştəqi altında paylaşılan tədris videolarının sayı 4 mindən çox olub.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 17 Dekabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















