Icma.az
close
up
RU
İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qısa videoların izlənməsi və yaradılması üzrə aparıcı platforma olan TikTok 2025-ci ilin yekunlarını açıqlayaraq, Azərbaycanda seçilən kreatorların və əsas təşəbbüslərin siyahısını təqdim edib.
Dünyada hər gün 1 milyarddan çox insan TikTok-a daxil olaraq ilham almaq və başqalarını ilhamlandırmaq, biliklərini bölüşmək, özünənəxsus məzmun yaratmaq və sadəcə olaraq özlərinin və digərlərinin əhval-ruhiyyəsini yüksəltmək üçün platformadan istifadə edir. TikTok-da 2025-ci il yeni kəşflər dövrü oldu: ilhamverici hekayələr, kiçik bizneslər və istifadəçilərin sevimlisinə çevrilmiş istedadlı kreatorlar, Azərbaycan mədəniyyətini yeni prizmadan təqdim edən və ölkənin tükənməz yaradıcılıq potensialını üzə çıxaran məzmunlar.

TikTok bir daha sübut etdi ki, o, təkcə istirahət məkanı deyil, eyni zamanda hər kəsin öz istedadını ortaya qoya və populyarlıq qazana bildiyi bir platformadır; burada kiçik bizneslər müştərilərini tapır, tematik və maarifləndirici təşəbbüslər həyata keçirilir, milli koloritə malik kontent isə tövsiyələrdə ön sıralara yüksəlir. Gəlin, TikTok istifadəçilərinin bu ili necə formalaşdırdığını bir daha xatırlayaq!
Yenə də yemək: kulinariya kontentinin parlaq müəllifləri

@dadlidir.az – fərqli və dadlı yeməklər hazırlayır;

@foodie_moodie_n – yeməyi və bişirməyi sevən, bir-birindən dadlı reseptləri bölüşən yaradıcı;

@easyandtasty.ph - qısa və dinamik videolar vasitəsilə yemək bişirmə prosesini addım-addım izah edir;

@jeyhunabadov – peşəkar aşpazın iştah açıcı səhifəsi;

@esya_mustafazadeh – yaradıcı, yemək bişirməyi asan, maraqlı və hər kəs üçün əlçatan göstərir;

@fehtiram – möhtəşəm reseptlər, keyfiyyətli təqdimat və işinə sevgi;

@coookholic - Ləzzətli yemək paylaşımları ilə seçilən bu səhifə, sadə reseptlərdən tutmuş maraqlı dad kombinasiyalarına qədər mətbəx ilhamı təqdim edir.

@shabi_faraj – kənd həyatı və ev mətbəxinin səmimiliyini və dadlarını əks etdirir;

@imhungry.az – qeyri-adi yemək və şirniyyatlar hazırlayan yaradıcısı;

@littlestrawberrykitchen - yeməklərin hazırlanmasını vizual baxımdan cəlbedici və izləyicini cəlb edən formada təqdim edir.

TikTok-da öyrən: Azərbaycanda maarifləndirici kontentin ən maraqlı müəllifləri

@lingoaz — lüğət ehtiyatını və qrammatikanı inkişaf etdirməyə kömək edən, asan qavranılan ingilis dili dərsləri hazırlayır;

@rusdilimarafon — hər gün istifadəçilərə yeni söz və ifadələri öyrənməyə kömək edən rus dili müəllimidir;

@rusmaster.rusdili — rus dilinin qrammatikasındakı incə məqamları izah edir;

@vugar_mammadov — yumor, əyləncəli səhnəciklər və kreativ təqdimatla ingilis dilini maraqlı şəkildə öyrədir;

@aidaaydin — Azərbaycan dilində nitq və diksiya üzrə təlimçi;

@riyaziyyatonlinee — riyazi məsələlərin həlli üçün ətraflı izahlar və faydalı “layfhak”lar paylaşır;

@madam.fufu555 — eyni anda üç dili — çin, koreya və yapon dillərini öyrənməyə kömək edən poliqlot müəllimdir.

Sərhədsiz səyahətlər: istifadəçilərə yeni istiqamət və məkanları kəşf etdirən müəlliflər

@alishk.a — avtomobil səyahətləri və Bakı ətrafında istirahət məkanlarıı haqqında kontent üzrə ixtisaslaşıb;

@dailybaku — paytaxtın maraqlı istirahət məkanları, restoranları və gözəl mənzərələrə malik məkanlar haqqında video paylaşır;

@vahidhasti — düşərgə istirahətini təbliğ edən və Azərbaycanın təbiət gözəlliklərini nümayiş etdirən səyahət edən cütlük;

@victoriarazminovich — əslən latviyalı olan bir xanımın gözü ilə Bakıda həyat: şəhərdəki məkanlara baxış;

@elcin.tahmazov — kontent müxtəlifliyi ilə seçilən müəllif: ölkə üzrə səyahət tövsiyələri verir və mədəni məkanlardan ekstremal idman növlərinədək geniş mövzuları əhatə edir;

@ayaz__kara — Azərbaycanda daxili turizmin imkanlarının zənginliyini nümayiş etdirir: onun hesabında adi turizm bələdçilərindən daha ətraflı məlumat tapmaq mümkündür;

@kampinist.az — düşərgə, təbiət və açıq hava səyahətləri ilə bağlı faydalı məlumatlar və tövsiyələr paylaşır;

@orkhanhu — dron çəkilişləri vasitəsilə doğma ölkənin gözəlliklərini göstərir və istifadəçiləri səyahətə həvəsləndirir.

Milli mədəniyyət: milli irsi təbliğ edən müəlliflər

@mira_ressam - bu rəssam öz əsərləri vasitəsilə yaradıcılıq prosesini izləyicilərə yaxınlaşdırır və sənəti hər kəs üçün anlaşılan, cəlbedici formatda təqdim edir.

@humayqadimova86 - milli musiqi irsimizi müasir formatda təqdim edərək sənətə gənc auditoriyanın marağını artırır.

@baylarlii - gənc tarzənin səhifəsi milli musiqimizi dinamik ifa və müasir vizual təqdimatla gənc auditoriyaya sevdirir.

@zekiveliyev - milli musiqi ənənələrini müasir təqdimatla birləşdirərək tar sənətinin gənc nəsil arasında tanıdılmasına və mədəni irsimizin qorunmasına xidmət edir.

@reqsdersleri - rəqs sənətini geniş auditoriyaya əlçatan edərək hərəkət mədəniyyətinin yayılmasına və müasir mədəni ifadə formalarının inkişafına töhfə verir.

@purplesevinjsefail - klassik və müasir Azərbaycan şairlərinin əsərlərini yeni auditoriyaya təqdim edərək ədəbi irsimizin yaşadılmasına və mədəniyyətimizin davamlı inkişafına dəstək verir.

@millipapaq_azerbaijan - ənənəvi sənətkarlığı müasir auditoriyaya çatdıraraq milli geyim mədəniyyətimizin qorunmasına və inkişafına mühüm töhfə verir.

Yerli biznes: TikTok-da biznesini aktiv şəkildə inkişaf etdirən azərbaycanlı sahibkarlar

@nihatstylistMəşhur stilistlərdən biri; Zövqlü və dəbli saç modelləri ilə izləyiciləri arasında kifayət qədər tanınır.

@mammadov.murad – Zərif, maraqlı və original əl işləri ilə diqqət çəkir;

@ferman_51 bu rəssam yaradıcılıq prosesini və əsərlərini geniş auditoriyaya təqdim edərək incəsənətə marağı artırır və şəxsi brendinin inkişafına dəstək olur.

@gamarjoba.restoran.333 – Məşhur gürcü təamlarını təqdim edən restoran;

@stilist.emil – məşhur stilistlərdən olub xanımlara necə saç düzümünün, rənginin yaraşacağını tövsiyə edib daha sonra icra edir.

@halvacimacid – müxtəlif növ halva, şirniyyat məhsullarını nümayiş etdirir, bir neçə filialında satışını həyata keçirir.

@eldar_aghayev_design_- Zövqlü interyer dizayn, təmir tə tikinti işləri ilə seçilir, eyni zamanda bu sahə üzrə maarifləndirici m2əlumatlar bölüşür

@strafor_kesim – Toy və müxtəlif tədbirlərin dekorasiyasını edən zövlq və unikal işləri ilə seçilən şirkətlərdən biri;

@sacriaatelier – Müxtəlif aksesuarların hazırlanması və satışı ilə məşğul olan yaradıcı hesablarından biri;

@raufmukhtarof – Zövqlü və keyfiyyətli dəri aksesuarları hazırlayan sənətkar hesabı.

2025-ci ildə TikTok-un əlamətdar hadisələri

#Novruz2025: Milli mədəniyyətin təşviqi

Bu il platforma ilk dəfə olaraq bahar bayramı olan Novruzu Azərbaycandakı icması ilə birlikdə qeyd edib. TikTok genişmiqyaslı bayram onlayn festivalı üçün bir platformaya çevrildi: #Novruz2025 həştəqi ilə istifadəçilər bayrama necə hazırlaşdıqlarını və onu necə qeyd etdiklərini əks etdirən 12 mindən çox video hazırladılar, bayram təamlarının reseptlərini paylaşdılar və ölkələrinin ənənələrinin gözəlliyini nümayiş etdirdilər. TikTok-da keçirilən onlayn festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutdu.
İstifadəçilərin rəqəmsal təhlükəsizliyinin və rifahının gücləndirilməsi
TikTok platformada təhlükəsizlik və istifadəçi rifahı alətlərinin inkişafını aktiv şəkildə davam etdirərək daha rahat və təhlükəsiz rəqəmsal mühit formalaşdırıb. Platforma İcma Qaydalarını yeniləyərək sadələşdirib, yeniyetmələrin qorunmasına və sağlam rəqəmsal vərdişlərin formalaşdırılmasına yönəlmiş funksiyaları genişləndirib, həmçinin təsdiqləyici ifadələr, sakitləşdirici səslər və nəfəs məşqlərini əhatə edən “Vaxt və rifah” bölməsini istifadəyə verib.

Bununla yanaşı, müəlliflər üçün alətlər də təkmilləşdirilib — şərhlərin idarə olunmasından və LIVE yayımlarında kontentin nəzarətindən tutmuş, paylaşımların əvvəlcədən yoxlanılmasına və mesajlarla işləmək üçün yenilənmiş funksiyalara qədər. Eyni zamanda, TikTok məşhur kreatorlarla birgə hazırlanmış, rəqəmsal savadlılığa həsr olunmuş ilk azərbaycandilli maarifləndirici layihəsini — #ÖncəTəhlükəsizlik layihəsini təqdim edib.

#AzərbaycanMüəllimləri: maarifləndirici kontentə marağın artması

TikTok #AzərbaycanMüəllimləri adlı ilk müsabiqəyə təşəbbüs göstərib və onu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirib. Müsabiqə biliklərin və maarifləndirici kontentin təbliği üçün kreativ formatlarla eksperiment etməkdən çəkinməyən, ölkənin müxtəlif bölgələrindən yüzlərlə istedadlı müəllimi bir araya gətirib.

Layihədə iştirak üçün ümumtəhsil məktəblərinin müəllimləri, eləcə də kolleclərin və ali təhsil müəssisələrinin müəllimləri dəvət olunub — onlar platformada öz fənləri üzrə maarifləndirici videolar paylaşıblar. Layihənin nəticələrinə əsasən, rəsmi #AzərbaycanMüəllimləri həştəqi altında paylaşılan tədris videolarının sayı 4 mindən çox olub.

“Bu il, biliklərin yayılmasına, mədəni irsin qorunmasına və müsbət rəqəmsal mühitin formalaşdırılmasına töhfə verən yaradıcı və maarifləndirici kontentin təsir gücünün nə qədər böyük olduğunu açıq şəkildə ortaya qoydu. Azərbaycanda Novruz bayramına həsr olunmuş ilk festivalımız platformada ilin ən böyük mədəni hadisəsinə çevrildi; ölkənin hər yerindən müəllimlər yaradıcılıqlarını sınamaq və biliklərini yüz minlərlə istifadəçi ilə bölüşmək imkanı əldə etdilər, sahibkarlar isə bizneslərini inkişaf etdirmək üçün TikTok-un imkanlarından istifadəni davam etdirdilər. Biz bundan sonra da müəllifləri dəstəkləməyə, mədəniyyət, təhsil və rəqəmsal savadlılıq sahələrində təşəbbüsləri inkişaf etdirməyə, həmçinin istifadəçilərin rahat mühitdə özlərini sərbəst və yaradıcı şəkildə ifadə etmələrinə dəstək verməyə davam edəcəyik”, — deyə TikTok-un Azərbaycan, Türkiyə, Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlar departamentinin rəhbəri Melis Çağlar bildirib.

TikTok haqqında

TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:33
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Dekabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see255

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see253

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see229

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see213

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see202

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see173

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see172

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see163

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see153

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see150

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see149

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see147

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see145

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see143

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see141

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see140

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see139

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see134

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri