Bu il xərçəngə qarşı vaksinlərin yaradılması sahəsində sıçrayış ili olacaq?
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
...2025-ci il xərçəngə qarşı vaksinlər sahəsində sıçrayış ili adlandırıldı, çünki dərmanlar öz effektivliyini nümayiş etdirməyə başlayıb?
SİA-nın məlumatına görə, bu barədə “The Economist” jurnalı yazıb.
Belə peyvəndlərin prinsipi şişləri tanımaq və onlara hücum etmək üçün immunitet sisteminin stimullaşdırılmasına əsaslanır. Onları yaratmaq üçün anormal zülallar istehsal edən şiş hüceyrələrində mutasiyalardan istifadə olunur (bunlara neoantigenlər deyilir). Alimlər ən ağır immun reaksiyaya səbəb olan neoantigenləri təcrid edir və bu cür məlumatlar əsasında orqanizmə zərərli hüceyrələrlə mübarizə aparmağı öyrədən RNT fraqmentləri ilə vaksin hazırlayırlar.
Bu yanaşma, COVID-19 xəstəliyi ilə mübarizə aparanlar da daxil olmaqla, mRNT vaksinlərinin inkişafındakı irəliləyişlər sayəsində mümkün olmuşdur.
Belə ki, melanomanın müalicəsi üçün mRNA-4157 (V940) peyvəndi artıq klinik sınaqlardan keçib, lakin onun kütləvi istifadə müddəti hələ açıqlanmayıb.
Müəyyən bir xəstə üçün fərdi peyvəndin yaradılması təxminən altı həftə çəkir. İnkişaflar cərrahiyyə və kimyaterapiya ehtiyacını azalda bilər. Qeyd edək ki, gələcəkdə bu cür peyvəndlər xərçəngin qarşısını almaq üçün istifadə edilə bilər.
Nəşrin fikrincə, 2025-ci il xərçəng əleyhinə vaksinlərin kütləvi istifadəsi üçün dönüş nöqtəsi ola bilər. Əvvəllər killer hüceyrələrə əsaslanan ilk antitümör hüceyrə məhsulu Belarusda qeydə alınıb. Təbii öldürücü hüceyrələr viruslar və şişlərlə mübarizə apara bilən anadangəlmə immun sisteminin lenfositləridir.
Nazlı Almuradova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 06 Yanvar 2025 23:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















