Bu ilanlar insanı sancmadan belə kor edə bilər: Bu, necə mümkündür
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Bir çox insanlar hesab edir ki, zəhərli ilan yalnız dişlədikdə təhlükə yaradır. Lakin elə ilanlar var ki, insanı dişləmədən də ağır nəticələrə məruz qoya bilir. Xüsusilə bəzi kobra növləri zəhəri məsafədən püskürtmək qabiliyyətinə malikdir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu ilanlar zəhəri üç metrə qədər uzaqlığa atır və hədəf gözlər olduqda nəticə son dərəcə ağır ola bilər.
Mexanizm necə işləyir?Təkamül biologiyası üzrə mütəxəssis Scott Travers bildirib ki, bu kobralar zəhəri ön dişlərindəki xüsusi dəyişdirilmiş kanallar vasitəsilə, əzələlərin təzyiqi hesabına püskürdür.
İlan təhlükə hiss etdikdə başını qaldırır, xarakterik “başlıq” formasını alır və zəhər vəziləri ətrafındakı əzələləri sıxaraq zəhəri güclü axın şəklində qarşı tərəfə yönəldir.
Mütəxəssisin sözlərinə görə, zəhər adətən zədələnməmiş dəriyə nüfuz edə bilmir. Əl və ya ayağa düşdükdə qıcıqlanma və ya qabarcıq yarada bilər, lakin həyati təhlükə yaratmır. Əsas risk zəhərin selikli qişalara və həssas toxumalara düşməsidir. Kobralar isə çox vaxt məhz bu nahiyələri, xüsusilə gözləri hədəf alır.
Gözlər üçün ciddi təhlükəZəhərin bir və ya hər iki gözə düşməsi ən ağır nəticə hesab olunur. Bu, ani və şiddətli ağrı, konyunktivanın iltihabı və buynuz qişanın zədələnməsi ilə müşayiət olunur. Əgər gözlər dərhal yuyulmazsa, vəziyyət daimi korluğa qədər gedib çıxa bilər.
Ağız və burun boşluğuZəhər ağız boşluğuna və ya burun yollarına düşdükdə daha sürətlə qan dövranına keçə bilər. Bu zaman şişkinlik, ürəkbulanma və digər sistemli simptomlar yarana bilər.
Araşdırmalar göstərib ki, zəhər püskürdən kobralar təsadüfi hərəkət etmir. Onlar baş və boyun əzələlərinin koordinasiyası ilə zəhərin trayektoriyasını dəqiq tənzimləyir, hətta havada müəyyən həndəsi naxışlar formalaşdıraraq hədəfə maksimum dəqiqliklə yönəlirlər.
Müdafiə məqsədli təkamülBioloqun sözlərinə görə, əksər ilanlarda zəhərin əsas funksiyası ovunu ram etmək və öldürməkdir. Lakin zəhər püskürdən kobralarda bu maddə təkcə hücum üçün deyil, həm də güclü müdafiə vasitəsi kimi təkamül edib.
2021-ci ildə aparılan araşdırma zəhər püskürtmə qabiliyyətinin kobralar və onların yaxın qohumları arasında təkamül prosesində üç dəfə müstəqil şəkildə formalaşdığını göstərib.
Niyə bu ilanlara diqqət yetirmək vacibdir?Adətən bu cür kobralarla qarşılaşma nadir haldır, çünki onlar insanlardan qaçmağa üstünlük verirlər. Lakin Afrikanın və Asiyanın bəzi bölgələrində bu ilanlar insanların və ev heyvanlarının yaxınlığında yaşayır və real təhlükə yarada bilir.
Mütəxəssislər vurğulayır ki, gözə düşən zəhər güclü ağrı və uzunmüddətli zədələnməyə səbəb ola bilər, zərərin azaldılması üçün dərhal yuma vacibdir, hətta təcrübəli ilan baxıcıları belə həddindən artıq yaxınlaşdıqda risk altına düşə bilər.
Zəhər püskürdən kobralar dişləmədən məsafədən toksik zərbə endirmək kimi son dərəcə ağıllı müdafiə mexanizmi formalaşdırıblar. Təkamül nəticəsində onların zəhəri insan bədənində ən həssas hədəfə gözlərə yönəlmiş güclü ağrı yaratmaq üçün xüsusi şəkildə uyğunlaşıb.
Baxış sayı:81
Bu xəbər 12 Yanvar 2026 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















