Icma.az
close
up
RU
Bu xəstəlik səssizcə insanı kor edə bilər

Bu xəstəlik səssizcə insanı kor edə bilər

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Göz xəstəlikləri üzrə mütəxəssis cərrah Mehmet Sait Günerigök bildirib ki, xalq arasında "göz təzyiqi" kimi tanınan qlaukoma çox zaman heç bir əlamət vermədən irəliləyir və nəticədə qalıcı görmə itkisinə səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, qlaukoma göz daxilində təzyiqin artması ilə göz sinirlərinin zədələnməsi nəticəsində yaranır. Ən təhlükəli tərəfi isə odur ki, bu xəstəlik uzun müddət heç bir əlamət göstərmir.

VM Medical Park Bursa Xəstəxanasının həkimi Günerigök deyib: "Əksər insanlar yalnız görmələri zəiflədikdə və ya görmə sahəsində daralma olduqda həkimə müraciət edirlər. Amma bu mərhələyə gəldikdə artıq göz sinirləri ciddi şəkildə zədələnmiş olur və bu zədələr bərpa olunmur."

Qlaukoma hər yaşda rast gəlinə bilər, amma xüsusilə 40 yaşdan yuxarı olanlar, ailəsində bu xəstəlik olanlar, şəkərli diabet və yüksək təzyiqdən əziyyət çəkənlər, həmçinin uzun müddət kortizon dərmanları qəbul edənlər daha çox risk altındadır.

Həkim Günerigök vurğulayıb ki, "Xüsusilə risk qrupundakı insanlar ildə bir dəfə genişləndirilmiş göz müayinəsindən keçməlidirlər. Bu, həyat qurtara bilər."

Qlaukoma erkən aşkarlanarsa, görmə itkisi önlənə bilər. Diaqnoz üçün göz daxili təzyiqin ölçülməsi, görmə sahəsinin testi və göz sinirinin müayinəsi kimi üsullardan istifadə olunur. Müalicədə göz damcıları, lazer tətbiqləri və cərrahi müdaxilələr yer alır. Həkimin sözlərinə görə, son illər geniş yayılan tikişsiz GATT əməliyyatı da uyğundur pasiyentlərdə müsbət nəticələr verir. Amma hansı müalicə üsulu seçilməsindən asılı olmayaraq, dərmanların vaxtında və düzgün istifadəsi, həmçinin mütəmadi həkim nəzarəti vacibdir.

Dr. Günerigök əlavə edib ki, göz sağlamlığı yalnız görməni deyil, ümumi həyat keyfiyyətini də əks etdirir. Onun sözlərinə görə, "Qlaukoma dünyada qarşısı alınan korluq səbəbləri arasında ilk sıralarda yer alır. Buna görə də göz müayinələrini yalnız görmə üçün deyil, sağlam bir həyat üçün də laqeyd yanaşmamaq lazımdır"(milli az).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 İyul 2025 02:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri