Icma.az
close
up
RU
Bu ilin 11 ayında 116 min avadanlığın idxalına icazə verilib

Bu ilin 11 ayında 116 min avadanlığın idxalına icazə verilib

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cari ilin yanvar-noyabr aylarında Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən 737 hüquqi və fiziki şəxs tərəfindən 122 320 ədəd avadanlığa icazə üçün müraciətə baxılıb.

"Unikal" xəbər verir ki, bunlardan 245 hüquqi və fiziki şəxs tərəfindən 2 593 ədəd “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan müxtəlif markalı və modelli avadanlıqlara “xüsusi icazə” verilməsi ilə bağlı edilən müraciətlərə baxılıb. Bunlardan 201 müraciət üzrə 2 291 ədəd avadanlığın idxalı üçün icazə verilib. 

38 müraciət üzrə 205 ədəd avadanlığa qanunvericiliyə müvafiq olaraq tələb olunan sənədlər təqdim edilmədiyi üçün icazə verilməyib. 

Bununla yanaşı, 492 müraciət üzrə 119 727 avadanlığın idxalı üçün müraciətlər olunub və 461 müraciət üzrə 115 926 ədəd avadanlığın idxalı qanunvericilik çərçivəsində müsbət cavablandırılıb.

24 müraciət üzrə 3 795 avadanlığın idxalına dair daxil olmuş müraciətlər müvafiq prosedur üzrə baxılmaqdadır. 

Xatırladaq ki, 2024-cü ilin mart ayında İKTA tərəfindən “Radioelektron vasitələrə verilən icazələr” elektron xidməti (https://e-permission.icta.az) istifadəyə verilib. Elektron xidmətin tətbiqi müraciətlərin daha sürətli və effektiv cavablandırılmasını mümkün edib.

Qeyd edək ki, telekommunikasiya və poçt rabitəsi sahəsində tənzimləyici olan İKTA bu sahələrin inkişafı üçün qanunvericilik və nizamnamə çərçivəsində fəaliyyətini davam etdirəcək.

Həmçinin qeyd edilib ki, 2025-ci ilin yanvar – noyabr ayları ərzində “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.6.4-cü maddəsinə uyğun olaraq sürətli poçt xidmətinin göstərilməsi üçün 269 müraciət üzrə təqdim edilən ərizələrə əlavə olunan sənədlərdəki məlumatların uyğunluğunun qiymətləndirilməsi təmin edilib.

Nəticədə 265 ünvanda sürətli poçt xidmətinin göstərilməsi üçün müraciətlərə müsbət cavab verilib. Digər 4 müraciətlə bağlı isə müsbət rəy verilməyib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://unikal.az
archiveBu xəbər 09 Dekabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri