Icma.az
close
up
RU
Bu ilin 7 ayında İqtisadiyyat Nazirliyi 1000 dən çox lisenziya verib

Bu ilin 7 ayında İqtisadiyyat Nazirliyi 1000 dən çox lisenziya verib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 27 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi tərəfindən ümumilikdə 1049 lisenziya verilib, onlardan 769-u elektron qaydada təqdim olunub.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Lisenziyalar və icazələr” portalı 2018-ci ildən fəaliyyət göstərir və ötən müddət ərzində portal vasitəsilə 6 556 elektron lisenziya təqdim olunub.

Bu ilin ilk 7 ayında verilən lisenziyaların əsas hissəsi aşağıdakı sahələr üzrə qeydə alınıb:

· Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri - 251 lisenziya;

· Əczaçılıq fəaliyyəti - 170 lisenziya;

· Özəl tibb fəaliyyəti - 127 lisenziya;

· Rabitə xidmətləri – 148 lisenziya;

· Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi – 86 lisenziya;

· Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması - 75 lisenziya;

· Baytarlıq preparatlarının istehsalı və satışı - 32 lisenziya;

· Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin isehsalı və idxalı - 34 lisenziya;

· Digər - 126 lisenziya.

Qeyd edək ki, lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı “Lisenziyalar və icazələr haqqında” Qanunla müəyyən olunub. Dövlət təhlükəsizliyindən irəli gələn hallar, habelə maliyyə bazarları sahəsində fəaliyyətlər və Ələt Azad İqtisadi Zonasında verilən lisenziyalar istisna olmaqla 23 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən verilir. Qanunvericiliyə əsasən hazırda lisenziyalar mobil rabitə xidmətləri istisna olmaqla müddətsiz təqdim olunur.

Sahibkarlar lisenziya almaq üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB evlərinə (“Bakı KOB evi”, “Xaçmaz KOB evi”, “Yevlax KOB evi”), “ASAN xidmət” mərkəzlərinə (5 saylı Bakı, Sumqayıt, Gəncə, Masallı və Şəki), həmçinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə İqtisadiyyat Nazirliyinə elektron formada müraciət edə bilərlər. Portalda 23 fəaliyyət növü üzrə lisenziyaların elektron qaydada verilməsi üçün müraciətlərin qəbulu, həmçinin 8 aidiyyəti qurumdan rəyin alınması və nəticələrin rəsmiləşdirilməsi imkanları təmin edilib.

Lisenziya almaq üçün müvafiq ərizə forması doldurulur və ərizəyə əlavə olunan sənədlər təqdim edilir. Ərizəçi fərdi sahibkar olduqda şəxsiyyət vəsiqəsinin surəti, ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti, ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti, lisenziya şərtlərinin yerinə yetirilməsini təsdiq edən sənədlər əlavə edilir. Ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı və ya nümayəndəliyi olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti də təqdim edirilir.

İqtisadiyyat Nazirliyi tərəfindən lisenziya verilərkən sahibkarlıq fəaliyyətinin xüsusiyyətlərindən asılı olaraq, aidiyyəti dövlət qurumlarının rəyi əsas götürülür. Lisenziya obyektlə bağlı olduqda isə obyektin uyğunluğu yerində qiymətləndirilir, aidiyyəti dövlət orqanının rəyinə əsasən qərar qəbul edilir.

Lisenziyanın verilməsinə görə dövlət rüsumunun dərəcələri və ödənilməsinin xüsusiyyətləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci və 23-cü maddələri ilə müəyyən olunub. Sahibkarlıq fəaliyyəti yalnız regionlarda həyata keçirildikdə, həmin fəaliyyət növü üzrə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd lisenziya verən orqana təqdim edildikdən sonra lisenziya ərizəçiyə təqdim edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Avqust 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri