Icma.az
close
up
RU
Bu insanların orucu qəbul olmur

Bu insanların orucu qəbul olmur

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Oruc dedikdə yeməmək və içməmək nəzərdə tutulmur. Orucun özünəməxsus şərtləri vardır. İmam Sadiq (ə) buyurur: "İmamına qarşı itaətsizlik edən kəsin orucu yoxdur. Fərar edən bəndənin orucu düzgün deyildir, o zamana qədər ki, geri qayıdıb, xidmətə davam etməz. Ərini incidən arvadın orucu düzgün olmaz o zamana qədər ki, tövbə edər və ərinə itaət edər. Həmçinin ata və anasına ağ olan övladın orucu düzgün olmaz o zamana qədər ki, islah olar".

"Ölkə.Az" deyerler.org-a istinadən bildirir ki, Həzrət Fatimeyi-Zəhra (s.ə) oruc tutanlar haqqında belə buyurur: "Oruc tutan (orucunun haqqını əda etməzsə) o zaman ki, dili, qulağı, gözü və əzalarını (o şeylər ki, ona haramdır) hifz etməz. Yəni həqiqi oruc tutmaq qarını bütün yeyəcəklərdən və içəcəklərdən və digər batil işlərdən hifz etmək və xülasə Allahın günahından çəkinməkdir. Çünki oruc tutan bütün haramlardan çəkinmədən həqiqi oruc tutmaz".

Həzrət Peyğəmbərdən (s) belə bir hədis vardır: "Beş xüsusiyyət vardır ki, orucu batil və dəstəmazı pozar: yalan və qeybət, söz gəzdirmək, şəhvəti təhrik edən fikirlər, yalandan and içmək". Bu xüsusiyyətlər oruc və dəstəmaz kimi ibadətlərin mənəvi və ruhani əsərlərini aradan aparır. Oruc və dəstəmazın əcr və savabını məhv edir.

İmam Rza (ə) başqa yerdə buyurur: "(Ey oruc tutan) bil ki, Allah sənə rəhmət edər, həqiqətən oruc bir hicab və örtüdür. Allah onu dillərə, qulaqlara, gözlərə və başqa üzvlərə vurmuşdur. O zaman ki, şər və fəsad və çirkin işlərə aludə olmuş olar. (Çünki, dil, qulaq, göz və başqa üzvlər o zaman ki, şəxsin iman və dininin kontrolu altında olar, onların şərindən tamamilə amanda olar). Təharət (oruc hicabı) onu cəhənnəm atəşindən qoruyar və atəşə qarşı möhkəm hicab olar".

Peyğəmbəri-Əkrəm (s) buyurur: "O qadın ki, öz ərini dili ilə incidər, Allah ondan heç bir həsənə və əməl qəbul etməz. O zamana qədər ki, ərini razı salmaz. Baxmayaraq ki, bütün ömrünün günlərində oruc olar, ömrünün bütün gecələrini namaza dayanmış olar, bütün qulları azad etmiş olar, cəhənnəmə daxil olacaq ilk insan olacaqdır. Əgər kişi öz arvadına zülm edərsə, (bu əzablar kişi üçün də olar)".

Oruc əxlaq institutu, nəfsi islah edən və şəxsiyyəti formalaşdıran bir ibadətdir. Oruc tutan bu institutda bütün tərbiyə qaydalarından xəbərdardır. Həqiqətdə özü bir əxlaq müəllimi və bədənin bütün üzvlərinə hakim olmalıdır. Gözü, qulağı, dili və sair üzvləri də oruc olmalıdır. Həzrət Cəfər Sadiq (ə) buyurur: "O zaman ki, orucsan, gərək qulağın, gözün və saçın imsak halında olsun. (Hər bir günahdan çəkinsin)".

İmam Səccad (ə) isə oruc haqqında buyurmuşdur: "Orucun haqqı odur ki, bilməlisən ki, bu bir pərdədir. Allah onu dil, qulaq, göz və qarnının qarşısında qərar vermişdir ki, səni atəşdən qorusun. Belə ki, hədisdə deyilir: "Oruc atəşin qalxanıdır". Əgər əzalarını bu pərdənin arxasında saxlasan (onları günahdan hifz etsən) ümid var ki, (əzabdan) hifz olunasan. Əgər əzaların pərdə arxasında rahat durmazsa, künc-bucağından yuxarı qalxarsa, üzvlərin sərhədi keçmək istəyərsə, mümkündür ki, pərdə parçalansın və bədən bayıra düşsün. "Və la qüvvətə illə billəh"".

Bunu da qeyd etmək lazımdır ki, iftar edən zaman mədənizi birdən-birə doldurmayın. Çünki Allah dərgahında dolu qarından nifrətedici bir şey yoxdur. Baxmayaraq ki, halal yeməklə dolmuş olsun. Bu zaman Ramazan ayının fəzilətli gecələrində ibadət etməkdən məhrum olarıq. Bu əməl orucun mənəvi və ruhani göstərişləri ilə təzad təşkil edir.

Bu məsələyə də diqqət edin ki, iftar zamanı qorxu və iztirab halında olun, çünki, Allah Təalanın orucunuzu qəbul edib-etmədiyini bilmirsiniz. Əgər orucunuz qəbul olarsa, Allaha yaxınlardan olarsınız və əgər qəbul olmazsa, Allahı qəzəbləndirənlərdən olarsınız. Budur orucun mənəvi və batini mənası. Bu cür oruc peyğəmbərlərin (ə) və övliyaların orucu kimi olar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Oktyabr 2025 00:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri