Icma.az
close
up
RU
Bu işdə bizim peşəkar medianın da günahı var Professordan dezinformasiyalara MÜNASİBƏT

Bu işdə bizim peşəkar medianın da günahı var Professordan dezinformasiyalara MÜNASİBƏT

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son günlər cəmiyyətdə dezinformasiyaların sürətlə yayıldığı müşahidə olunur. Sosial şəbəkələrdə tanınmış şəxslər, deputatlar və ictimaiyyət üçün tanınan digər fiqurların adından saxta açıqlamalar yayılır. Təəssüf ki, bəzi media orqanları da bu məlumatların həqiqiliyini yoxlamadan təqdim edir, nəticədə ictimaiyyət arasında çaşqınlıq və qarışıqlıq yaranır.

Bu kimi halların əsas günahkarı kimdir?

Redaktor.az-a danışan jurnalist, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmlinin fikrincə, cəmiyyətdə informasiya və media savadlılığına çox ciddi ehtiyac var:

"Hətta bəzən ən öndə olan adamlar dezinformasiyalara, süni intellektin yaratdığı qeyri-dəqiq məlumatlara istinad edir, onu yayır, ona reaksiya bildirir və s. Əlbəttə, bu işdə bizim peşəkar medianın da müəyyən günahı var. Çünki o media da həmin məlumatlara istinad edir, tirajlayır. İnformasiya ilə işləyən şəxs birinci növbədə əmin olmalıdır ki, bu informasiya dəqiqdir, mötəbərdir, onun konkret mənbəyi var. Başqa mənbələrdən də bu təsdiq olunur və belə olduğu halda həmin məlumatı yaymaq olar. Təəssüf ki, bizdə bu qaydalara əməl etmirlər. Nəticədə isə, xüsusən sosial şəbəkədə çox ciddi xaos, qarışıqlıq yaranır. Kim nəyi dedi, harda dedi, necə dedi, bu hansı məlumata reaksiyadır və s. bu yoxdur".

Professorun sözlərinə görə, bu məsələdə bizim ənənəvi media çox ciddi rol oynamalıdır:

"Məsələn, mən bir informasiya istehlakçısı kimi onlara baxıram ki, bu mənbələr dəqiqdir, yoxsa yox. Ona görə, xüsusən sosial şəbəkədə yayılan məlumatların çoxuna mənbə kimi baxırlar, ona istinad edirlər və nəticədə ciddi şəkildə qeyri-peşəkar yanaşma meydana çıxır. Bunun bircə yolu var: mənbəyi olan məlumatlara, daha çox rəsmi məlumatlara və daha çox mötəbər mənbələrə etibar eləməli, onların məlumatlarını yaymalı və onlarla işləməliyik. İkinci variant yoxdur".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Oktyabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri