Qonşuda taun var Azərbaycanlı professordan XƏBƏRDARLIQ
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyanın İrkutsk vilayətində Taun Əleyhinə İnstitutun 28 yaşlı əməkdaşının ölümündən sonra bölgədə mümkün taun təhlükəsi ilə bağlı narahatlıq yaranıb.
Rəsmi olaraq ölüm səbəbi hələ taun kimi təsdiqlənməsə də, hadisədən sonra bir sıra ölkələr qabaqlayıcı tədbirlərə əl atıb. Qırğızıstan, Qazaxıstan və Özbəkistan sərhədlərdə sanitar-karantin nəzarətini gücləndirib, epidemioloji vəziyyətlə bağlı monitorinqi artırıb. Azərbaycanda isə Səhiyyə Nazirliyi Rusiyanın İrkutsk vilayətində taunla bağlı yayılan məlumatların nəzarətdə saxlanıldığını açıqlayıb. Nazirliyin məlumatına görə, hazırda Azərbaycanda taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə ehtiyac yoxdur və ölkədə epidemioloji vəziyyət sabitdir.
Xatıərladaq ki, oktyabrın 2-də İrkutsk Taunla Mübarizə İnstitutunun 28 yaşlı laborantı Darya Şipilova vəfat edib.
Bununla belə, Azərbaycanın Rusiya ilə geniş əlaqələri və sərhəd-keçidlər nəzərə alınaraq, mümkün risklərə qarşı əlavə qabaqlayıcı addımlar atılmalıdırmı?
Tibb elmləri doktoru, professor Adil Qeybulla Musavat.com-a bildirib ki, taun dörd təhlükəli karantin infeksiyasından biridir: "Digərləri vəba, sarı qızdırma və təbii çiçəkdir. İnsanlıq tarixində taun dəfələrlə pandemiyalara səbəb olub və onun üç pandemiyası xüsusi qeyd olunur. Birinci pandemiya Roma imperatorluğu dövründə, Bizansda I Yustinianın hakimiyyəti zamanı baş verib. Pandemiya da "Yustinian taunu" adlanır. Bu zaman təxminən 100 milyon insan dünyasını dəyişib. Orta əsrlərdə isə "Qara ölüm" adlandırılan taun pandemiyası baş verib. Bu pandemiyalar xeyli insan tələfatına səbəb olub".
Adil Qeybullanın sözlərinə görə, xəstəlik təbii rezervuarlardan insana keçə bilər: "Taun taun basilləri tərəfindən təbii rezervuarlardan insana keçir. Təbii rezervuarlar gəmiricilər, dovşanlar, hətta ev heyvanı olan dəvələr ola bilər. Bunlardan adətən birələr vasitəsilə yoluxma baş verir. Birələr dişləmə yolu ilə infeksiyanı insanlara yayırlar. Taunun üç əsas forması var: Bubon taunu qasıq nahiyəsində limfa düyünlərinin şişməsi ilə özünü göstərir. Başqa nahiyələrdə də limfa düyünləri şişib partlaya bilər. Digər forması ağciyər taunu, üçüncüsü isə septik formadır. Ümumiyyətlə, hər il dünyada tauna yoluxma və ölüm halları qeydə alınır. Statistikaya baxsaq, dünyada hər il təbii rezervuarlardan yoluxmalar baş verir. Təbii ki, karantin tədbirləri görülür və ayrı-ayrı ölüm halları qeydə alınır. Bəzən isə xəstələrin vəziyyətindən asılı olaraq ölüm halları daha çox ola bilir”.
Adil Qeybulla düşünür ki, Rusiya-Ukrayna müharibəsinin getdiyi dövrdə taunun bu cür ortaya çıxması təxribat da ola bilər. Professor Azərbaycanın taunun təbii rezervuarlarının mövcud olduğu ölkələrdən biri olduğunu bildirib. O, ölkədə taun əleyhinə stansiyanın fəaliyyət göstərdiyini qeyd edib: " Azərbaycanda da xəstələnmə ehtimalı qalır. Bizdə taun əleyhinə stansiya var. Bu stansiya mütəmadi olaraq bu istiqamətdə fəaliyyət göstərir. Amma düşünürəm ki, diqqətli olmalıyıq. Birincisi, ölkə daxilində, ikincisi isə tranzit keçid sərhədlərində müxtəlif şübhəli şəxsləri, xəstələri hər halda karantinə götürmək lazımdır. Bütün bunlar heç də bizi təhlükədən tam azad etmir. Ona görə də əhali diqqətli olmalıdır”.
Baxış sayı:77
Bu xəbər 06 Oktyabr 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















