Bu istiqamətlərdə iş imkanları daha genişdir” Mütəxəssis rəyi
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Kollec təhsili ilə bağlı uzun müddətdir belə bir fikir formalaşıb ki, bu sahədə təhsilin keyfiyyəti aşağıdır və kollec məzunları iş tapmaqda çətinlik çəkirlər. Bu fikrin yaranmasında obyektiv səbəblər də var: xüsusilə son illərdə pedaqoji sahələrdə kollec məzunlarının iş tapması olduqca çətinləşib. Bununla belə, tibb bacısı, tibb qardaşı, kompüter və turizm ixtisasları üzrə kollec məzunlarına hələ də ehtiyac duyulur və bu istiqamətlərdə iş imkanları daha genişdir”.
Təhsil eksperti Elçin Süleymanlı bunu 525.az-a deyib. Ekspert vurğulayıb ki, son illərdə kolleclərlə bağlı bir sıra yeniliklər həyata keçirilib. Onların müxtəlif universitetlərin nəzdində fəaliyyət göstərməsi, subbakalavr səviyyəsinin ali təhsilin bir pilləsi kimi tanınması və məzunların imtahansız olaraq universitetlərə qəbul imkanının yaradılması kolleclərə marağı artırıb:
“Lakin eyni zamanda, universitetlərdə dövlət sifarişli plan yerlərinin çoxalması və abituriyentlərin ümumi sayının azalması bu marağın azalmasına da səbəb olub".
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 04 Sentyabr 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















