Bu, paytaxta axının azalmasına gətirib çıxaracaq Mütəxəssis rəyi
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Əsasən ölkə iqtisadiyyatının 80 faizi paytaxtda formalaşıb. Bu halın qarşısını almaq üçün şəhərlərdə geniş sənaye parklarının, sənaye məhəllələrinin salınması vacibdir. Şəhər kənarında sənaye imkanlarının artırılması şəhərlərin maliyyəsinin formalaşmasında və şəhərlərdə insanların iqtisadi aktivliyin təmin olunmasında əsaslı rol oynaya bilər".
İqtisadçı ekspert Eyyub Kərimli bunu 525.az-a söyləyib.
O hesab edir ki, şəhərlər tək yaşayış məskəni deyil, həm də iqtisadi mərkəz kimi nəzərdə tutulmalıdır:
“Statistikaya görə, regionlardan şəhərə miqrasiyanın əsas səbəbi işsizlik və sosial infrastrukturun zəifliyidir. Yeni iqtisadi strategiya nəticəsində rayonlarda məşğulluq səviyyəsinin 10-12 faiz artması gözlənilir ki, bu da paytaxta axının azalmasına gətirib çıxaracaq. İdarəçiliyin şəffaflaşması, iqtisadi qərarların yerlərdə daha səmərəli verilməsi və yerli resursların ağıllı idarə olunması nəticəsində regionlarda tarazlı, dayanıqlı və inklüziv inkişaf təmin olunacaq”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 11 İyun 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















