Icma.az
close
up
RU
“Bu yanaşma Bakı üçün də düşündürücüdür Mütəxəssis rəyi

“Bu yanaşma Bakı üçün də düşündürücüdür Mütəxəssis rəyi

525.az saytına istinadən Icma.az xəbər verir.

“Son günlər Bakıda yaşanan ciddi nəqliyyat sıxlığı şəhər planlaşdırılması ilə bağlı vacib bir məsələni yenidən gündəmə gətirir. Bəlkə də həll yalnız yolları genişləndirməkdə, yeni tunel və yol qovşaqları tikməkdə deyil, insanların şəhər daxilində nə qədər və hansı məsafələrə hərəkət etməyə məcbur olmasındadır. Dünyaca məşhur braziliyalı memar və urbanist, Kuritibanın keçmiş meri Jaime Lerner davamlı şəhərin əsas prinsiplərindən birini çox sadə ifadə edirdi: “Live closer to work or work closer to home.” “İş yerinizə daha yaxın yaşayın və ya evinizə daha yaxın yerdə işləyin.” Lerner müasir şəhərlərin problemlərindən birini yaşayış, iş və digər gündəlik funksiyaların bir-birindən həddindən artıq uzaqlaşdırılmasında görürdü. Onun yanaşmasına görə, həll avtomobildən asılılığın azaldılması, güclü və əlçatan ictimai nəqliyyatın yaradılması, eləcə də insanların yaşadığı və işlədiyi yerlərin bir-birinə daha yaxın planlaşdırılmasıdır”.

Bunu 525.az-a nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib. Ekspert qeyd edib ki, kuritibada tətbiq etdiyi şəhərsalma fəlsəfəsinin mühüm tərəfi də məhz bu idi: avtomobillər üçün yolları sonsuz şəkildə genişləndirmək əvəzinə, insanların daha az və daha qısa məsafələrə getməli olduğu şəhər yaratmaq:

“Bu yanaşma Bakı üçün də düşündürücüdür. Metro və avtobus şəbəkəsinin genişləndirilməsi, şəhərətrafı və dairəvi dəmir yolunun inkişafı, tramvay kimi alternativlərin nəzərdən keçirilməsi, təhlükəsiz piyada və velosiped infrastrukturu, eləcə də yaşayış–iş–təhsil məkanlarının daha balanslı yerləşdirilməsi vtomobildən asılılığın azalmasına kömək edə bilər. Tıxac nəqliyyat problemi olmaqla yanaşı, həm də şəhər planlaşdırılması problemidir. Məqsəd şəhərdə daha çox avtomobil yerləşdirmək deyil, insanların gündəlik həyatını avtomobildən daha az asılı etmək olmalıdır. Daha ağıllı şəhər - daha az məcburi səfər, daha əlçatan ictimai nəqliyyat və daha rahat həyat deməkdir”.

Sevinc Qarayeva 
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Sentyabr 2026 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri