Icma.az
close
up
RU
Bu kənd dünyanın ən gözəl yeri seçildi Özünəməxsusluğu nədir?

Bu kənd dünyanın ən gözəl yeri seçildi Özünəməxsusluğu nədir?

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyanın cənubunda yerləşən Friqiliana kəndi dünyanın ən gözəl məkanlarından biri adlandırılıb. Sakit atmosferi, ağ rəngli evləri və möhtəşəm təbiəti ilə seçilən bu məkan son dövrlər turistlərin diqqət mərkəzinə çevrilib.

Lent.az bu barədə xarici mediaya istinadla xəbər verir. 

Friqiliana, Malaqa bölgəsində, Sierra-Almijara dağ silsiləsinin ətəyində və məşhur Costa del Sol sahillərinə yaxın ərazidə yerləşir. 

Kənd əsasən rəngarəng güllərlə bəzədilmiş ağ evləri ilə tanınır. Dar və dolama küçələr isə turistlərə Aralıq dənizinin valehedici mənzərəsini təqdim edir. Bu xüsusiyyətlər Friqiliananı sosial şəbəkələrdə foto çəkdirmək istəyən turistlərin sevimli məkanına çevirib.

Məqalədə qeyd olunur ki, kəndin möhtəşəm təbiəti macəra və kəşf etməyi sevən insanlar üçün ideal şərait yaradır. Burada şam meşələri, qayalı dağlar və yaşıl vadilər boyunca uzanan mənzərəli yürüş marşrutları mövcuddur.

Friqiliana həmçinin bir neçə məşhur çimərliyə də yaxın yerləşir. Onlardan biri Burriana Beach çimərliyidir. Qızılı qumlu sahili ilə tanınan bu məkanda turistlər günəş vannası qəbul edə, şəffaf suda üzə, həmçinin snorkel, kayak və SUP-sörfinq kimi su idman növlərini sınaya bilərlər.

Ən gözəl çimərliklərdən biri hesab edilən Maro Beach isə hündür qayalar arasında yerləşir və firuzəyi rəngli suyu ilə məşhurdur.

Yaxınlıqda yerləşən Nerja şəhəri də turistlərin böyük marağına səbəb olur. Burada yerləşən məşhur müşahidə meydançasından Aralıq dənizinə açılan möhtəşəm mənzərələri izləmək mümkündür.

Tarix həvəskarları üçün də Friqilianada maraqlı məkanlar kifayət qədərdir. Yaxşı qorunub saxlanılmış tarixi məhəllə İspaniya hökuməti tərəfindən mədəni irs obyekti elan olunub. Turistlər burada orta əsr qalasını ziyarət edə, Andalusiya memarlığının gözəlliyini yaxından görə bilərlər.

Kənddə və ətraf bölgələrdə çoxsaylı restoran və tapas barları fəaliyyət göstərir. Burada qonaqlara kokteyllər, yerli şərablar və müxtəlif qəlyanaltılar təqdim olunur. Əgər səfər uyğun tarixə təsadüf etsə, turistlər açıq hava konsertləri, musiqi çıxışları, sərgilər və ənənəvi festivallarda da iştirak edə bilərlər.

Friqilianaya ən yaxın hava limanı Malaga Airport hesab olunur. Hava limanından kəndə avtomobil, taksi və ya avtobusla təxminən bir saata çatmaq mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 May 2026 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see379

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see352

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see340

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see300

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see284

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see266

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see254

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see253

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see250

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see246

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see234

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see233

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see233

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see223

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see220

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see218

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see201

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see200

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see198

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri