Bu kərə yağlarının tərkibində uyğunsuzluq aşkarlandı
Icma.az, Yenicag portalına istinadən məlumat yayır.
AQTA-nın həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində “Allbuy” MMC və “Şamaxı Dairy Farm” MMC tərəfindən istehsal olunan kərə yağı məhsullarından nümunələr götürülüb.
Agentlikdən Yenicag.az-a verilən məlumata görə, nümunələrin sınaq nəticələrinə əsasən, kərə yağı adı ilə satılan məhsul partiyalarında bitki sterinləri − “Kampesterin” və “Beta-sitosterin” (bitki yağı) ilə yanaşı, yağ turşuları üzrə də uyğunsuzluq (Palmitin, Olein yağ turşuları) aşkarlanıb.
Agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Həmçinin sahibkarlar barəsində inzibati tədbir görülüb, aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Qeyd edək ki, aşkarlanan uyğunsuzluqlar qida məhsulunun təhlükəsizlik göstəriciləri ilə bağlı olmasa da, istehsalçı tərəfindən qanunvericiliyə zidd şəkildə istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur. Belə ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, yoxlama zamanı məhsulun faktiki tərkibinə bitki yağının qatılması halı aşkar edilib.
Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:
№ Məhsulun adı İstehsal və son istifadə tarixləri İstehsalçı 1. “Rossiyskoe” əmtəə nişanlı 82,5% yağlılıqda təbii kərə yağı 23.12.2024-23.12.2025 “Allbuy” MMC 2. “Belaruskoe” əmtəə nişanlı 82,5% yağlılıqda təbii kərə yağı 17.01.2025-17.01.2026 “Allbuy” MMC 3. “Milk World” əmtəə nişanlı 82,5% yağlılıqda təbii kərə yağı 05.12.2024-05.12.2025 “Allbuy” MMC 4. “Golden Farm” əmtəə nişanlı 82,5% yağlılıqda kərə yağı 02.12.2024-02.06.2025 “Şamaxı Dairy Farm” MMC 16.12.2024-16.06.2025 “Şamaxı Dairy Farm” MMC
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 19 Mart 2025 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















