“Bu kitab qalacaq, Şirməmməd Hüseynov qalacaq” Əflatun Amaşov
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Tanınmış jurnalist, professor Şirməmməd Hüseynovun yaradıcılığına həsr olunan tədbirdə onun həyat və fəaliyyətindən bəhs edən kitabın təqdimatı keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə çıxış edənlər kitabın ərsəyə gəlməsini yüksək qiymətləndirib, müəllifi təbrik ediblər. Çıxışlarda Şirməmməd Hüseynovun Azərbaycan jurnalistikasındakı xidmətlərindən, peşəkarlığından və zəngin irsindən söz açılıb.
Jurnalist Qulu Məhərrəmli kitab üzərində işləməyin çətin və uzunmüddətli proses olduğunu bildirib. O, belə bir əsərin hazırlanmasının ciddi araşdırma və böyük zaman tələb etdiyini vurğulayıb.
Tədbirdə çıxış edən Cahangir isə Şirməmməd Hüseynovla bağlı xatirələrini bölüşüb, müəllimini təbrik edib.
Mətbuat Şurasının keçmiş sədri Əflatun Amaşov da Şirməmməd Hüseynov haqqında fikirlərini bölüşüb.
“Mənim nəzərimdə Şirməmməd mənim qiymətləndirdiyim ən dəyərli jurnalistdir. Bu kitab qalacaq, Şirməmməd qalacaq, siz də qalasınız”, – deyə Ə.Amaşov qeyd edib.
Aydan Qasımova
Baxış sayı:105
Bu xəbər 14 Sentyabr 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















