Icma.az
close
up
RU
“Bu kollektivlə gələcəkdə böyük işlər görmək olar” Aqil Nəbiyev

“Bu kollektivlə gələcəkdə böyük işlər görmək olar” Aqil Nəbiyev

Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan U-17 millisinin baş məşqçisi Aqil Nəbiyev Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilən yoxlama oyunu (3:2) haqda danışıb.

İdmanxeber.az xəbər verir ki, mütəxəssis görüşdən sonra AFFA-nın mətbuat xidmətinə açıqlamasında komandasının böyük potensiala malik olduğunu deyib:

“UEFA Pro kursu ilə bağlı bir neçə gün Slovakiyada olduğumdan, komandaya dünən səhərə yaxın qoşulmuşam. Moldova ilə oyunda uşaqların əzmkarlığı, xarakter göstərmələri təqdirəlayiqdir. Düzdür, müdafiədə bəzi boşluqlar yaranırdı. Buna baxmayaraq, komanda sonda əzmkarlıq nümayiş etdirərək, qələbə qazanmağı bacardı. Böyük potensiala malik, gələcəyə ümid verən komandamız var. Həm U-16, həm də U-17 milli ilə yaxşı nəticələr əldə edirik. Ümid edirəm ki, bunun davamını U-17 ilə seçmə mərhələ oyunlarında gətirə biləcəyik. Uşaqların inkişafı göz önündədir. Toplanış sayı çox olsa, daha sürətli inkişafa nail ola və böyük uğurlar qazana bilərik”.

Baş məşqçi komandanın iki dəfə hesabda önə keçdikdən dərhal sonra qol buraxmasının səbəbini də izah edib: “Hesabda önə keçdikdən dərhal sonra qol buraxmağımız konsentrasiya problemindən qaynaqlanırdı. Vaxt azlığı bizə çox mane oldu. Liqalarda bəzi komandalar pley-off mərhələsinə vəsiqə qazanmadıqlarından, orada çıxış edən bir neçə futbolçumuz çoxdan idi oynamırdı. Bu da fiziki cəhətdən tam hazır olmamalarına gətirib çıxarıb. Ancaq komandama güvənirəm. Bu kollektivlə gələcəkdə böyük işlər görmək olar”.

Aqil Nəbiyev iyunun 21-də Moldova yığması ilə keçiriləcək ikinci yoxlama matçında da qələbə qazanmağa çalışacaqlarını deyib: “İki oyun arasında cəmi bir gün vaxtımız var. Dünənki matçdan dərhal sonra uşaqların bərpası üçün çalışmalara başladıq. Qarşılaşma zamanı da mümkün qədər çox əvəzləmə etdik ki, futbolçuların bəzilərindən sabahkı görüşdə istifadə edə bilək. Məqsədimiz isə yenə mübariz oyun göstərmək və qələbə qazanmaq olacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 20 İyun 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri