Icma.az
close
up
RU
Aqil Nəbiyev: “Bu komanda ilə böyük işlər görmək olar”

Aqil Nəbiyev: “Bu komanda ilə böyük işlər görmək olar”

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

“UEFA Pro kursu ilə bağlı bir neçə gün Slovakiyada olduğumdan, komandaya dünən səhərə yaxın qoşulmuşam. Moldova ilə oyunda uşaqların əzmkarlığı, xarakter göstərmələri təqdirəlayiqdir. Düzdür, müdafiədə bəzi boşluqlar yaranırdı. Buna baxmayaraq, komanda sonda əzmkarlıq nümayiş etdirərək, qələbə qazanmağı bacardı".

İdman.biz xəbər verir ki, bunu 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilən yoxlama oyunundan (3:2) sonra AFFA-nın mətbuat xidmətinə bildirib.

Mütəxəssis futbolçularına güvəndiyini vurğulayıb: "Böyük potensiala malik, gələcəyə ümid verən komandamız var. Həm U-16, həm də U-17 milli ilə yaxşı nəticələr əldə edirik. Ümid edirəm ki, bunun davamını U-17 ilə seçmə mərhələ oyunlarında gətirə biləcəyik. Uşaqların inkişafı göz önündədir. Toplanış sayı çox olsa, daha sürətli inkişafa nail ola və böyük uğurlar qazana bilərik”.

Baş məşqçi komandanın iki dəfə hesabda önə keçdikdən dərhal sonra qol buraxmasının səbəbini də izah edib: “Hesabda önə keçdikdən dərhal sonra qol buraxmağımız konsentrasiya problemindən qaynaqlanırdı. Vaxt azlığı bizə çox mane oldu. Liqalarda bəzi komandalar pley-off mərhələsinə vəsiqə qazanmadıqlarından, orada çıxış edən bir neçə futbolçumuz çoxdan idi oynamırdı. Bu da fiziki cəhətdən tam hazır olmamalarına gətirib çıxarıb. Ancaq komandama güvənirəm. Bu kollektivlə gələcəkdə böyük işlər görmək olar”.

Aqil Nəbiyev iyunun 21-də Moldova yığması ilə keçiriləcək ikinci yoxlama matçında da qələbə qazanmağa çalışacaqlarını deyib: “İki oyun arasında cəmi bir gün vaxtımız var. Dünənki matçdan dərhal sonra uşaqların bərpası üçün çalışmalara başladıq. Qarşılaşma zamanı da mümkün qədər çox əvəzləmə etdik ki, futbolçuların bəzilərindən sabahkı görüşdə istifadə edə bilək. Məqsədimiz isə yenə mübariz oyun göstərmək və qələbə qazanmaq olacaq”.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 İyun 2025 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri