Icma.az
close
up
RU
Bakıxanovdakı bu küçədə işıqforun olmaması qəzaya və xaosa səbəb olur VƏTƏNDAŞ ŞİKAYƏTİ VİDEO

Bakıxanovdakı bu küçədə işıqforun olmaması qəzaya və xaosa səbəb olur VƏTƏNDAŞ ŞİKAYƏTİ VİDEO

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkəmizin bəzi ərazilərində yaşayan sakinlər yaşadıqları bölgələrdə yol infrastrukturunda, eləcə də hərəkətin tənzimlənməsində dəyişikliklər edilməsini istəyir. Bəzi bölgələrdə, küçələrdə yaşayanların sayı artdığı üçün əvvəlki hərəkət təşkili bu gün üçün heç də təhlükəsizliyə təminat vermir.
Avtosfer.az xəbər verir ki, belə ərazilərdən biri də paytaxtın Sabunçu rayonudur. Rayonun Bakıxanov qəsəbəsi Bəşir Bünyadov və Süleyman Sani Axundov küçələrinin kəsişməsi sakinlər üçün təhlükəli məkana çevrilib. Ərazidə nə düzgün yol nişanları var, nə də ki, hərəkətin təhlükəsizliyini təmin edən hər hansı bir qurğu. Nəticədə, burada tez-tez yol-nəqliyyat hadisələri baş verir və təəssüf ki, bəziləri ölümlə nəticələnib.
Sakinlərin bildirdiyinə görə, bu problem uzun illərdir davam edir və dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, nəticə yoxdur. Süleyman Sani Axundov küçəsi yol ayrıcı statusu daşısa da, sürücülər üçün bu ayrıcılıq praktik olaraq nəzərə çarpmır. Xüsusilə də bu küçədən əsas yola çıxmaq istəyən sürücülər üçün vəziyyət olduqca təhlükəlidir. Belə ki, sürücülər əsas yola çıxarkən yolun sağ tərəfində yerləşən döngə səbəbilə yaxınlaşan nəqliyyat vasitələrini vaxtında görməkdə çətinlik çəkirlər. Hərəkət istiqamətindəki bu döngə yolun görünüş məsafəsini kəskin şəkildə azaldır. Əgər Bəşir Bünyadov küçəsindən gələn avtomobillər yüksək sürətlə hərəkət etsələr, qəza şəraitinin yaranması qaçılmaz olur. Sakinlər bildirirlər ki, bu ərazidə özləri dəfələrlə yol-nəqliyyat hadisəsi ilə üzləşiblər, avtomobillərinin bir neçə yeri əzilib, ciddi maddi ziyanla qarşılaşıblar.


Məsələ ilə bağlı şikayətçi Rasim Hüseynli bildirib ki, dəfələrlə müraciət etməyimizə baxmayaraq problemin həlli üçün heç bir addım atılmayıb.
“Yol yenidən çəkilib, çox gözəl düzəldilib. Maşınlar bu yolda yüksək sürətlə hərəkət edirlər. Radar isə tam əks istiqamətdə yerləşdirilib. Halbuki radar bu əraziyə - insanların daha sıx yaşadığı hissəyə qoyulmalı idi. Təhlükəsizlik baxımından burada ciddi problemlər var. Məsələn, Daxili Qoşunların bazasının qarşısında daim yaşıl işıq yanır. Eləcə də yol idarəsinin köhnə binasının qarşısında da daimi yaşıl işıq var. Amma əslində həmin sistem məhz bizim küçəyə quraşdırılmalı idi. Niyə? Çünki burada artıq iki ailə tamamilə məhv olub”.
Rasim Hüseynli qeyd edib ki, hadisədə maşın betona çırpılıb və nəticədə avtomobil tamamilə dağılıb. 
“Mən özüm dəfələrlə az qala qəza keçirəcəkdim. Hətta dəfələrlə maşını güclə saxlamışam. Bu ərazidə baş verən qəzaların görüntüləri də var çəkilişlər mövcuddur. Maraqlısı budur ki, qəzalar elə burda başlayır və burda da bitir. Əsas problem nədir? Qarşıdan gələn maşınların yüksək sürətlə hərəkət etməsi və bizim yola çıxanda onları görə bilməməyimiz. Yolun kənarında park etmiş maşınlar da görüntünü tam bağlayır. Biz çıxanda birbaşa yolun ortasına düşürük və demək olar ki, həyatımızı riskə atırıq. Hər səhər Bakıxanova gedəndə bu təhlükəni yaşayıram. Beş maşın keçir, heç biri dayanmır, altıncısı isə vurur. Bəzən sadəcə Allaha ümid edirik ki, salamat çıxaq”.
Həmin ərazidə yaşayan və o yoldan istifadə edən sakinlər bu vəziyyətin onları ciddi narahat etdiyini bildirdilər. Onlar yeganə həll yolunun həmin ərazidə işıqfor sisteminin qurulmasında olduğunu deyirlər.

Həmçinin şikayətçi və bu yolda qardaşını itirən Arif Ağayev bildirib ki, Dövlət Yol Polisinə 40 nəfərin imzası və şəxsiyyət vəsiqəsi ilə rəsmi məktub yazılıb.
“AYNA araşdırma aparmaq məqsədilə nümayəndələr göndərdi. Gəlib baxdılar, amma, nəticədə, heç bir təsirli tədbir görülmədi. Qərar verdilər ki, Daxili Qoşunların qarşısına işıqfor və radar qoyulsun. Halbuki həmin ərazidə bu qədər ehtiyac yox idi. Doğrudur, ora da nəzarət lazımdır, amma əsas problem bizim tərəfdədir, Bakıxanov istiqamətinə gedən yolun bu hissəsində. Yolun kənarında dayanan avtomobillər və yüksək sürətlə gələn maşınlar səbəbindən ərazidən çıxmaq mümkün olmur. Gündəlik həyatımızda bu təhlükəni yaşayırıq. Maşınla çıxanda görünmə məhdudluğu olur, soldan gələn maşınları görmək olmur. Bir anlıq səhv ölümlə nəticələnə bilər”.
Arif bəy qardaşını bu yolda itirdiyini də qeyd edib:
“Mənim qardaşım ailəsi ilə birgə buradan yolu keçmək istəyərkən mikro-avtobusu tərəfindən vurulub. Qardaşım, həyat yoldaşı, uşaqları və gəlinin bətnindəki körpə hamısı həyatını itirdi. Bundan əlavə, yolun bu hissəsində maşınlar həm düz gedir, həm sola dönür, həm də birdən-birə geri dönməyə çalışırlar. Bu isə əsl xaotik vəziyyətdir. Yol hərəkəti qaydalarına zidd şəkildə bir neçə istiqamət üzrə hərəkət var. Biz sadəcə istəyirik ki, bu xaos aradan qaldırılsın. Buraya geriyə və sola dönməyi qadağan edən yol nişanları qoyulmalıdır”.
Vətəndaşlar illərdir heç bir qurumun onların səsini eşitmədiyini deyirlər. Onlar xahiş edir ki, bu əraziyə yol nişanları və işıqfor qoyulsun. Maşınların hərəkətinə nəzarət olunsun ki, insanlar bu yoldan təhlükəsiz istifadə edə bilsinlər.


Fidan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 07 İyul 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see229

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see171

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see168

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see143

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see141

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see132

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see131

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see130

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri