Bu küçədə nişanlar arasında ziddiyyət var: Diqqətli olun, əks halda, cərimələnəcəksiniz VİDEO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Paytaxtın Nəsimi rayonu 28 May küçəsindəki nişanlanma xəttindəki nöqsan sürücülər arasında çaşqınlıq yaradır.
Avtosfer.az-ın məlumatına görə, bu barədə qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sosial şəbəkə hesabında paylaşım edib. Sözügedən küçədə sağ və orta zolaqdakı ox işarəsi hərəkətin ancaq sağa olduğunu göstərir. Sol zolaqda çəkilmiş ox isə həm düzünə, həm də sağa hərəkətə icazə verir: “Düzünə hərəkət edəcəyim üçün sol zolaqda dayanmışam. Bilirsiniz niyə? Çünki digər zolaqlarda düzünə hərəkətə icazə verən ox işarəsi yoxdur. Əgər biz orta zolaqdan və ya sağ zolaqdan düzünə getsək 40 manat məbləğində cərimələnəcəyik. Məhz bu səbəbdən zolaqlardakı xətlənməyə diqqət etmək və öncədən gedəcəyimiz istiqamətə uyğun olan zolaqda yerləşməliyik”.
Qeyd edək ki, qanunvericiliyə görə, 1.18 nişanlanma xətti yalnız 5.8.1 nişanlarıyla birgə tətbiq edilə bilər. Sözügedən nişanlanma xəttinin məcburi hərəkət istiqaməti nişanlarıyla tətbiq edilməsi doğru hesab edilmir.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 03 Fevral 2025 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















